fbpx
Skip links

Daşınmaz əmlak və tikinti hüququ

  • Daşınmaz əmlaka aid bütün növ müqavilələrin (icarə, kirayə, alqı-satqı, pay bölgüsü, sub-icarə, əvəzsiz istifadə və s.) bağlanması və rəsmiləşdirilməsi zamanı hüquqi konsultasiyanın verilməsi, müqavilələrin hazırlanması, hazır müqavilələrin hüquqi ekspertiza olunması və zəruri hallarda müştərinin hüquqi müşayiət olunması;
  • Daşınmaz əmlakın ipotekaya götürülməsi zamanı müqavilənin hüquqi ekspertizasının həyata keçirildikdən sonra risklərin müəyyən olunması, müvafiq orqanlarda müştərinin hüquqi müşayiət olunması;
  • Mənzil münasibətləri, mənzil toxunulmazlığı, yaşayış sahəsinin mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquqları və bu münasibətlərdən irəli gələn mübahisələrin həlli;
  • Azərbaycan Respublikası ərazisində daşınmaz əmlak almaq istəyən qeyri-rezident şəxslərə və xarici hüquqi şəxslərə konsultasiyanın verilməsi, əməliyyatların həyata keçirilməsi zamanı müştərilərin hüquqi müşayiət olunması;
  • Tikinti şirkətlərinin zəruri müqavilələrinin, sənədlərinin və s. hazırlanması, hazır sənədlərin hüquqi ekspertiza olunması;
  • Tikinti şirkətləri üçün qanunvericiliklə tələb olunan xüsusi icazələrin alınması üçün zəruri sənədlərin hazırlanması, müvafiq orqanlarda müştərinin hüquqi müşaiət olunması;
  • Dövlət orqanlarında və ya məhkəmə orqanlarında müştərinin hüquq və mənafelərinin müdafiə olunması üçün müştərinin vəkillə təmin olunması.