fbpx
Skip links

Müştərilərin məhkəmələrdə müdafiə olunması üzrə hüquqi xidmətlər

Komandamız məhkəmədən əvvəl və ya məhkəmə prosesləri zamanı hüquqi və fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün qanunvericilik əsasında iddiaların qaldırılması və ya onlara qarşı qaldırılmış iddialarda müdafiənin təşkil olunmasında böyük təcrübəyə malikdir. Partnyor vəkillərimiz mülki, kommersiya və inzibati işlərdə nəzəri və praktik bilikləri sayəsində müştərinin hüquq və mənafelərinin qanunvericilik əsasında müdafiəsini təşkil edir və illər boyu bu mövzuda müsbət nəticələr göstərmişdir.

  • Hüquqi və fiziki şəxslərin tələbləri əsasında qanunverciliyə uyğun olaraq məhkəmə orqanlarında (inzibati, kommersiya, şəhər (rayon)) məhkəmələrində) iddia ərizələrinin yazılması, məhkəmə instansiyalarının aktlarından şikayətlərin (apellyasiya və kassasiya şikayətlərinin) yazılması və məhkəmə orqanlarına göndərilməsində köməklik göstərilməsi;
  • Məhkəmə instansiyalarında prosesin istənilən mərhələsindən müştərilərin hüquq və mənafelərinin müdafiə olunması üçün vəkillə təmin olunması;
  • Məhkəmə prosesində qanunvericiliyin əsasında etirazların, vəsatətlərin, şikayətlərin yazılması və təqdim olunması;
  • Vəkil araşdırmasının həyata keçirilməsi və müştərilərin xeyrinə sübutların toplanması;
  • Məhkəmə aktlarının icrasının həyata keçirilməsinə nəzarətin təşkil olunması.