fbpx
Skip links

Beynəlxalq Ticarət Əməliyyatları

İDXAL VƏ İXRAC

Arrow

Beynəlxalq ticarət əməliyyatları zamanı müştəri və BERC Şirkətlər Qrupu arasında aşağıdakı formalarda investisiya-maliyyələşdirmə həyata keçirilir

ÜNVANLI İDXAL ƏMƏLİYYATLARI:

  • Ünvanlı idxal əməliyyatları müştərilərin konkret sorğusu əsasında aparılır. Bu zaman müştərinin sifariş edəcəyi malın bütün göstəriciləri, istehsalçı ölkə və istehsalçı şirkət müştəri tərəfindən təqdim olunur. Təqdim olunmuş məlumatlar əsasında beynəlxalq ticarət şöbəsinin əməkdaşları tərəfindən təhlil və bazar analizi aparılmadan birbaşa satıcı ilə əlaqələr yaradılır və malların alınması və müştəriyə çatdırılması işi kompleks şəkildə icra olunaraq mallar müştəriyə təqdim olunur. Maliyyələşmə və digər xərclər əsasən müştərinin hesabına aparılır.

ÜMUMİ İDXAL ƏMƏLİYYATLARI:

  • Ümumi idxal əməliyyatları müştəri sifarişi olmadan həyata keçirilir. Beynəlxalq ticarət şöbəsi tərəfindən online, topdan və ya pərakəndə satış məqsədilə ölkəyə idxal əməliyyatları buna aid edilir.   

ÜNVANLI İXRAC ƏMƏLİYYATLARI:

  • Ünvanlı ixrac əməliyyatları müştərilərin konkret sorğusu əsasında aparılır. Bu zaman müştərinin ixrac edəcəyi malın bütün göstəriciləri, idxalçı ölkə və idxalçı şirkət müştəri tərəfindən təqdim olunur. Təqdim olunmuş məlumatlar əsasında beynəlxalq ticarət şöbəsinin əməkdaşları tərəfindən təhlil və bazar analizi aparılmadan birbaşa alıcı ilə əlaqələr yaradılır və malların satılması və alıcıya çatdırılması işi kompleks şəkildə icra olunaraq mallar alıcıya təqdim olunur. Maliyyələşmə və digər xərclər əsasən müştərinin hesabına aparılır.

ÜMUMİ İXRAC ƏMƏLİYYATLARI:

  • Ümumi ixrac əməliyyatları müştəri sorğusu olmadan həyata keçirilir. Beynəlxalq ticrarət şöbəsi tərəfindən online, topdan və ya pərakəndə satış məqsədilə ölkədən ixrac əməliyyatları buna aid edilir.

TİCARƏT ƏMƏLİYYATLARI

ÖLKƏDAXİLİ TİCARƏT ƏMƏLİYYATLARI

Ölkədaxili ticarət əməliyyatları Ümumi İdxal Əməliyyatlarının davamı olaraq ölkə daxilində müxtəlif satış kanalları ilə satışın həyata keçirilməsini əhatə edir. Bu kanallar əsasən online, topdan və parəkəndə satış istiqamətlərini əhatə edir.

ÖLKƏXARİCİ TİCARƏT ƏMƏLİYYATLARI

Ölkəxarici ticarət əməliyyatları əsasən Azərbaycanla əlaqəsi olmayan digər ölkələr arasında əməliyyatları əhatə edir. Bu zaman bütün maliyyələşmə və proseslər beynəlxalq ticarət şöbəsi vasitəsilə şirkətin özü tərəfindən və ya kənar investorların cəlb olunması vasitəsilə aparılır.

İNVESTİSİYA VƏ MALİYYƏLƏŞMƏ ŞƏRTLƏRİ

Sənədləşmə və maliyyələşmə tam formada müştərinin adına və hesabına aparılır. Danışıqların və əməliyyatların aparılması üçün şirkətə xidmət haqqı ödənilir.

Bu zaman ticarət əməliyyatının maliyyələşməsi razılaşdırılmış nisbətdə müştəri və şirkət tərəfindən yerinə yetirilir. Maliyyələşmənin nisbətindən və razılıq şərtlərindən asılı olaraq sənədləşmə müştərinin və ya şirkətin adına aparıla bilinir. Əməliyyatların aparılması və maliyyələşməyə görə müştəri şirkətə razılaşdırılmış həcmdə xidmət haqqı ödəyir və ya mənfəətdə pay bölgüsü aparılır. 

Bu zaman ticarət əməliyyatının aparılması tam həcmdə şirkət hesabına maliyyələşdirilir və bütün sənədləşmə tam formada şirkətin adından aparılır. Tam maliyyələşmə zamanı əsasən razılaşdırılmış həcmdə mənfəətdə pay bölgüsü prinsipi tətbiq olunur.

Suallarınız var ? Bizi çağırın!