fbpx
Skip links

BERC Audit şirkəti

Keçmişi yoxlayır, bu günü analiz edir, gələcəyi müəyyənləşdiririk.

Artboard 3 1

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan Audit məcburi, digər hallarda isə könüllüdür.

Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydalarına əsasən, Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

01 /Maliyyə vəziyyəti haqqında hesabat

02 /Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat

03 /Kapitalda dəyişikliklər haqqında hesabat

04 /Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

05 /Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər

“Auditor fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə , “Vətəndaş müraciətləri haqqında” Qanunun 5.8-ci madəsinə və eləcə də “İçtimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şıxslərin siyahısı”na  əsasən audit subyektləri aşağıdakılardır:

  • Publik hüquqi şəxslər;
  • İctimai birliklər və fondlar;
  • Kredit təşkilatları;
  • Sığorta şirkətləri;
  • Dini qurumlar;
  • İnvestisiya fondları;
  • Telekommunikasiya xidmətləri göstərən müəssisələr;
  • Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər;
  • Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər;
  • Poçt müəssisələri;
  • Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri;
  • Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər;
  • Təbii inhisar subyektləri;
  • Maliyyə-sənaye qrupları;
  • Səhmdar (açıq və qapalı) cəmiyyətləri;
  • Məhdud məsuliyyətli cəmiyyətlər;
  • Bələdiyyələr;
  • Qeyri-hökümət təşkilatları;
  • Siyasi partiyalar;
  • Qanunvericilikdə nəzərdə tutulan digər audit subyektləri.

Audit xidmətləri

Arrow

Qeyd etmək lazımdır ki, Audit xidmətləri əsas və əlaqəli xidmətlərdən ibarətdir.

Əlaqəli xidmətləri iki yerə bölmək olar:

  1. Maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olan əlaqəli xidmətlər;
  2. Maliyyə hesabatının auditi aparılan subyeklərdə göstərilməsi mümkün olmayan əlaqəli xidmətlər.
  • Mühasibat uçotonun qurulması;
  • Uçotun aparılması və hesabatların tərtib edilməsinə nəzarət (idarətməyə dair qərarlar verilməməsi şərtilə);
  • Vergilərin və digər məcburi ödəmələrin hesablanması və ödənilməsinə nəzarət;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;
  • İnvestisiya layihələrinin qiymətləndirilməsi;
  • Daxili nəzarət sisteminin qiymətləndirilməsi;
  • Muhasibat uçotu sisteminin iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsi;
  • Vəkalətnamə əsasında üçüncü şəxslər qarşısında iqtisadi subyektin mənafelərinin təmsil edilməsi;
  • İqtisadi subyektin heyətinin təlimi və treninqlərin aparılması;
  • İqtisadi məsələlərə dair metodik göstərişlərin, tövsiyyələrin, qaydaların işlənib hazırlanması;
  • Uçotun, hesabatların tərtibinin, hesablaşmaların avtomatlaşdırılması və kompyuterləşdirilməsi;
  • Maliyyə, vergi və digər sahələr üzrə qanunvericiliklə, investisya fəaliyyəti, menecment, marketinq, vergilərin optimallaşdırılması üzrə məsləhətlərin verilməsi;
  • Hüquqi şəxslərin təşkili və yenidən təşkili üzrə məsləhətlərin verilməsi;
  • İnformasiya xidmətlərinin göstərilməsi;
  • IT Audit xidmətlərinin göstərilməsi;
  • Ekspert xidmətlərinin göstərilməsi;
  • İqtsadi subyetkin muhasibat heyətinin seçilməsi və yerləşdirilməsi üzrə xidmətlərin göstəriməsi;
  • Nizamnamə kapitalılnın formalaşması ilə bağlı xidmətlərin göstəriməsi;
  • Əmlakın qiymətləndirilməsi ilə bağlı xidmətlərin göstəriməsi;
  • Kənar idarəçilik funksiyalarının həyata keçirilməsi;
  • Sair xidmətlər.
  • Mühasibat uçotunun aparılması və bərpası;
  • İlkin uçot məlumatlarının əsasında auditor tərəfindən müstəqil olaraq vergi bəyannamələrinin tərtibi;
  • İlkin uçot məlumatlarının əsasında auditor tərəfindən müstəqil olaraq maliyyə hesabatlarının tərtibi;
  • Daxili auditor funksiyasının yerinə yetirilməsi.
  • Sair xidmətlər.

Audit xidmətləri üzrə paketlərimiz

Hüquqi işlər üzrə

Kadr işləri üzrə

Maliyyə işləri üzrə

Mühasibat işləri üzrə

Təşkilatı və təminat işləri üzrə