fbpx
Skip links

Cinayət Hüququ

  • Şübhəli və təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin cinayət qanunvericiliyi əsasında işin perspektivliyi barədə məlumatlandırılması, hüquqi məsləhətlərin verilməsi;
  • Təcrübəli və peşəkar komandamız sayəsində çevik müdafiə taktikalarının müəyyən edilməsi və həyata keçirilməsi;
  • Təhqiqat və ibtidai istintaq orqanlarının qanuna zidd hərəkətlərindən və ya hərəkətsizliyindən, qanuna zidd aktlarından müvafiq qurumlara şikayətlərin yazılması;
  • Fiziki və ya hüquqi şəxslərin nümayəndələrinin təhqiqat və ibtidai istintaq orqanlarında hüquqlarının və mənafelərinin müdafiə olunması üçün təcrübəli vəkil və ya vəkillərin müşaiətinin təmin olunması;
  • İstintaq hərəkətləri və ya məhkəmə baxışı zamanı prosesin gedişatında iştirak etmək və prosedur hərəkətlərinə qanunvericilik əsasında riayət olunmasına nəzarət olunması;
  • Prosesin gedişatında müəyyən olunmuş müdafiə taktikası əsasında vəkil araşdırmasının aparılması, sübutların toplanması;
  • Prosesin gedişatı zamanı müştərilərin xeyrinə cinayət qanunvericiliyi əsasında vəsatətlərin, şikayətlərin, ərizələrin yazılması və müvafiq orqanlara təqdim olunması;
  • Cinayət qanunvericiliyinə və müdafiə taktikasına uyğun olaraq müvafiq orqanların (təhqiqat və ibtidai istintaq, məhkəmə orqanlarının) aktlarından yuxarı orqanlara əsaslandırılmış şikayətlərin, vəsatətlərin, ərizələrin yazılması;
  • Zəruri hallarda və qanunvericilik əsasında fiziki və hüquqi şəxslərin mənafelərinin qorunması üçün cinayət işində mülki iddiaların qaldırılması;
  • Məhkəmə hökmünün icrası ilə bağlı proseslərin qanunvericiliyin tələbləri əsasında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.