fbpx
Skip links

Missiyamız, dəyərlərimiz və üstünlüklərimiz

BERC Şirkətlər Qrupu özəl və dövlət sektorunda çalışmış, akademik və praktik sahə üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə 2017-cı ildə qurulmuşdur. Şirkət davamlı olaraq daha yaxşı nəticələr əldə etmək, habelə müxtəlif yanaşmalarla çevik həllər tapmaq üçün üzərinə düşəni etməkdədir.

Missiyamız

Missiyamız müştərilərə gələcək məqsədlərini fəal şəkildə həyata keçirmək üçün indiki zamanda maliyyə dayanıqlığını qoruyub saxlamaqda və inkişaf etdirməkdə kömək etməkdir. Biz açıq ünsiyyət, araşdırma və mükəmməl təhlil vasitəsilə müştərilərimizin ehtiyaclarını aydın şəkildə öyrənirik. Şirkətimiz bu məqsədlərə sadəcə bir istiqamət üzrə deyil, kollegial şəkildə ən yüksək standartlarda, mükəmməllik və təcrübə ilə nail olmağa sadiqdir.

Bizim məqsədimiz, eyni zamanda bizneslərin davamlı inkişaf etdirilməsinə nail olmaq və müştərilərin dünya bazarları ilə əlaqələrinin qurulması işinin təşkilində faydalı biznes məsləhətləri verməkdir.

Dəyərlərimiz

Müştərilərə münasibətdə keyfiyyətin artırılması ilə bağlı dəyərlər

  • Korporativ qaydaların tətbiqi
  • Müştərilərlə münasibətdə qarşılıqlı maraqların qorunması
  • Müştərilərə keyfiyyətli xidmətin göstərilməsi
  • Müştəri məlumatlarının məxfiliyi
  • Müştəri maraqlarının üstün tutulması
  • Müştəri məmnuniyətinin qorunub saxlanması
  • Müştərilərə biznes fəaliyyətlərinin müxtəlif mərhələlərində effektiv konsultasiya verilməsi

Şirkət və işçi münasibətlərindəki dəyərlər

  • Professional kadr hazırlığına yüksək diqqətin ayrılması
  • Fərdi inkişafın təmin olunması
  • Qərarların alınmasında kollegial qərarların üstünlüyü
  • Şirkətdaxili qaydaların tətbiqi
  • İşlərin icrasına nəzarət sisteminin tətbiqi

Üstünlüklərimiz

BERC Şirkətlər Qrupu müştərilərinə biznesin müxtəlif sahələri üzrə keyfiyyətli xidmət göstərməsi baxımından özünəməxsusluğu ilə hərzaman digərlərindən fərqlənməkdədir. Belə ki, şirkətin idarəedilməsində maliyyə sektorunun müxtəlif sahələrində təcrübə toplamış şəxslər təmsil etməkdədir. Bu baxımdan, öz fərdi təcrübə və bacarıqlarını kollegial qaydada əsaslandıran mütəxəssislərimiz biznes sahəsində fəaliyyət göstərən subyektlərə inkişaf yönümlü qərarların alınmasında və həyata keçirilməsində yaxından köməklik edir. Bundan əlavə BERC şirkəti müştərilərinə aşağıdakı üstünlüklərdən faydalanmağı təklif edir

  • Müxtəlif növ xidmətlər

    Biznesinizin davamlılığının təmin edilməsi məqsədi ilə sizə lazım olacaq maliyyə, gömrük, logistika, hüquq, ticarət, və IT istiqamətləri üzrə xidmətlərin bir yerdən almaq imkanı sizə işlərinizin daha rahat və effektiv idarə olunmasına imkan yaradacaqdır.

  • Dünya ölkələri ilə əlaqələr

    Sadəcə Azərbaycan daxilində deyil, həmçinin MDB, Türkiyə, Çin və Avropa ölkələri ilə əlaqələrimizin olması, habelə ixtisaslı kadr heyəti ilə xidmətlərimizin göstərilməsi sizə bu ölkələrlə biznes əlaqələrinin qurulmasına və inkişafına yaxından köməklik göstərəcəkdir.

  • Maliyyələşmə işinin təşkili

    İstər bank maliyyələşməsi olsun, istərsə də investorların sizin sahəyə olan maraqları olsun, bu istiqamətdə daha alternativ maliyyə imkanlarına sahib olmaq istəyirsinizsə o zaman biz sizə maliyyələşmənin təşkilində yaxından köməklik edə bilərik.

Missiyamız - Baxışımız

Konsaltinq, Audit, Vergi xidmətləri, Maliyyə xidmətləri, Mühasibatlıq, Hüquq xidmətləri, Marketinq, IT xidmətlər, beynəlxalq ticarət, bizimlə əlaqə

Şirkətimiz haqqında

Bizneslərə necə dəyər qatdığımızı öyrənin

Dəyər yaradan həllər veririk.

Biznes, təhsil, tədqiqat və konsultasiya həllərimiz ilə yerli və beynəlxalq şirkətlərin inkişafına təcrübəli mütəxəssislərin iştirakı ilə öz töhfəmizi veririk.

Doğru tərəfdaş axtarırsınız ?

Bizi çağırın

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C., AZ1102

+99412 310 53 45

Sual və təklifləriniz var?
Bizimlə bölüşün