- Şübhəli və təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin cinayət qanunvericiliyi əsasında işin perspektivliyi barədə məlumatlandırılması, hüquqi məsləhətlərin verilməsi;
- Təcrübəli və peşəkar komandamız sayəsində çevik müdafiə taktikalarının müəyyən edilməsi və həyata keçirilməsi;
- Təhqiqat və ibtidai istintaq orqanlarının qanuna zidd hərəkətlərindən və ya hərəkətsizliyindən, qanuna zidd aktlarından müvafiq qurumlara şikayətlərin yazılması;
- Fiziki və ya hüquqi şəxslərin nümayəndələrinin təhqiqat və ibtidai istintaq orqanlarında hüquqlarının və mənafelərinin müdafiə olunması üçün təcrübəli vəkil və ya vəkillərin müşaiətinin təmin olunması;
- İstintaq hərəkətləri və ya məhkəmə baxışı zamanı prosesin gedişatında iştirak etmək və prosedur hərəkətlərinə qanunvericilik əsasında riayət olunmasına nəzarət olunması;
- Prosesin gedişatında müəyyən olunmuş müdafiə taktikası əsasında vəkil araşdırmasının aparılması, sübutların toplanması;
- Prosesin gedişatı zamanı müştərilərin xeyrinə cinayət qanunvericiliyi əsasında vəsatətlərin, şikayətlərin, ərizələrin yazılması və müvafiq orqanlara təqdim olunması;
- Cinayət qanunvericiliyinə və müdafiə taktikasına uyğun olaraq müvafiq orqanların (təhqiqat və ibtidai istintaq, məhkəmə orqanlarının) aktlarından yuxarı orqanlara əsaslandırılmış şikayətlərin, vəsatətlərin, ərizələrin yazılması;
- Zəruri hallarda və qanunvericilik əsasında fiziki və hüquqi şəxslərin mənafelərinin qorunması üçün cinayət işində mülki iddiaların qaldırılması;
- Məhkəmə hökmünün icrası ilə bağlı proseslərin qanunvericiliyin tələbləri əsasında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.
Bütün xidmətlər
- Ailə Hüququ
- Sığorta hüququ
- Vergi hüququ
- Cinayət Hüququ
- Əqli mülkiyyət hüququ
- Vərəsəlik hüququ
- Daşınmaz əmlak və tikinti hüququ
- Əmək hüququ
- Gömrük hüququ
- İnzibati Hüquq
- Kommersiya hüququ
- Korporativ hüquq
- Miqrasiya hüququ
- Müştərilərin məhkəmələrdə müdafiə olunması üzrə hüquqi xidmətlər
- Daşıma (lojistika) hüququ