fbpx
Skip links

Vergi uçotu

Uçotun qurulması

Biznes fəaliyyətinizin gəlirliliyi və uzunömürlülüyünü şərtləndirən amillərdən biri də düzgün qurulmuş uçot sisteminizin olmasıdır. Bu baxımdan biz sizə hələ fəaliyyətə başlamadan öncə optimal vergi rejiminizlə bağlı tövsiyyələr verə, fəaliyyətə başladıqda isə qanunvericiliyə uyğun uçotunuzu apara bilərik.

Vergi ödənişlərinin optimallaşdırılması

Hər bir sahibkarın vergi məcəlləsində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaqla vergi ödənişlərini azaltmaq hüququ vardır. Mütəxəssislərimiz cari vergi rejiminizi təhlil edərək mövcud risk və çatışmazlıqları müəyyənləşdirməklə yanaşı biznesiniz üçün qanunvericiliyin imkan verdiyi güzəşt və imtiyazlardan istifadə edə bilməyiniz üçün təkliflər hazırlayacaqlar.

Uçotun Bərpası

Təhlil zamanı mütəxəssislərimiz tərəfindən vergi uçotunuzda mövcud problem və çatışmazlıqlar müəyyən edildikdən sonra onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanaraq uçotunuzun maksimal mümkün bərpası həyata keçiriləcəkdir

Hesabatların təqdim edilməsi

Bütün növ vergilərin hesablanması, aylıq, rüblük, illik hesabatların hazırlaması və təqdim edilməsi. Hesabatlar təqdim edildikdən sonra vergi orqanı ilə yazışmaların aparılması, müştərinin onlayn vergi hesablarına gündəlik nəzarətin edilməsi