fbpx
Skip links

Mühasibat Uçotu xidməti

Mülkiyyət növündən və fəaliyyət sahəsindən asılı olmadan şirkətlərin davamlı inkişafını təmin edən əsas amillərdən biri də şirkətlərin mühasibat siteminin düzgün işləyişinin təşkil edilməsidir. Mühasibat uçotunun təşkili şirkətdaxili şöbələr, səhmdarlar və dövlət orqanlarının tələblərinə cavab verəcək şəkildə təmin edilməlidir. Ancaq bu xidmətin keyfiyyətli təmini bir çox hallarda şirkətlərin kifayət qədər xərc çəkməsinə səbəb olur. Bütün deyilənləri nəzərə alaraq “BERC Group” şirkəti istər idarəetmə uçotunun məqsədləri istərsə də mühasibat uçotunun effektiv aparılması baxımından müştərilərinə aşağıdakı xidmətləri göstərməkdədir:

  • Şirkətlərin cari mühasibat uçotunun səmərəliyinin ölçülməsi məqsədi ilə təhlilin aparılması və ya auditin təşkili,
  • Mühasibat və idarəetmə uçotu ilə bağlı çatışmazlıqların müəyyən edilməsi, habelə müvafiq konsultasiyanın verilməsi,
  • Mühasibat uçotunun yenidən qurulması ilə effektiv uçot sisteminin təmini,
  • Maliyyə hesabatlarının hazırlanması və vergi uçotu tələbləri ilə əlaqələndirilməsi, habelə konsultasiya
  • Mühasibat uçotu ilə bağlı proqram təminatının quraşdırılması.