fbpx
Skip links

İnsan Resurlarının İdarə Edilməsi və Kadr Uçotu Xidmətləri

İnsan resurslarının idarə edilməsi öz aktuallığını hər zaman qorumaqdadır. Belə ki, istər cari istərsə də strateji planların həyata keçirilməsində bu növ resursların düzgün idarə edilməsi çox vacibdir.

BERC Group Şirkəti insan resursları departamenti olmayan və ya sistemin mövcud qanunvericilik tələbi ilə işləyişini yoxlamaq istəyən və ya işçi artımı üçün müvafiq plana malik olmayan kiçik və orta sahibkarlar üçün aşağıdakı HR xidmətlərini uyğun şərtlərlə təklif edir:

  1. İşə Qəbul 
  • Vakansiyaların hazırlanması və elan edilməsi
  • İşə qəbul müraciətlərinin (CV) filterdən keçirilməsi
  • Mövcud test bankına uyğun formada qəbul imtahanlarının təşkili
  • Müsahibələrin keçirilməsi

      2.  Kadr Uçotunun Qurulması və Aparılması

  • Əmək müqavilələrinin bağlanması və elektron informasiya sisteminə daxil edilməsi
  • Vəzifə tələblərinin hazırlanması və vacib daxili qaydaların yazılması
  • İşə qəbul, dəyişiklik və xitam əmrlərinin qanunvericiliyin tələblərinə uyğun formada hazırlanması
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılması
  • Məzuniyyət qrafikinin tərtibi və məzuniyyətlərin uçotu
  • Əmək haqqı kartlarının sifarişi və nağdsız ödənişlərin təşkili
  • Aylıq iş vaxtının uçotunun aparılması
  • İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi halından icbari sığorta olunması

      3. Kadr sənədləşmələrinin təhlili

  • Müəssisənin fiziki sənədlərinin və elektron məlumatlarının qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi
  • Aşkar edilmiş uyğunsuzluqların qanunun tələblərinə uyğunlaşdırılması istiqamətində hesabatın hazırlanması
  • Uyğunsuzluqların aradan qaldırılması və mövcud risklər barəsində hesabatın təqdim edilməsi

      4. Qeydiyyat və Ləğvetmə

  • Hüquqi və Fiziki şəxlərin qeydiyyata alınması üçün sənədləşmə işlərinin aparılması, bank hesablarının açılması, qanuni təmsilçi ilə əmək müqaviləsinin bağlanması
  • Fəaliyyətin dayandırılması
  • Hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması məqsədi ilə fəaliyyətin dayandırılmasının təhlil edilməsi, ərizənin və müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • Uçotun analiz olunması, çatışmazlıqların aradan qaldırılması, yaranacaq vergi öhdəliyinin hesablanması, ləğv barədə ərizənin verilməsi
  • Hüquqi və Fiziki şəxslərin ləğv edilməsi