fbpx
Skip links

Virtual reallıq iş təlimlərini yeni mərhələyə qaldırır

130639062 gettyimages 842445384.jpg
Virtual dünyada komanda formalaşdırmaq sizə və iş yoldaşlarınıza üstünlük qazandıracaqmı?

Təsəvvür edin ki, Mars planetinə robot avatar qismində göndərilirsiniz.

Bu virtual reallıqda (VR) sizi başqa insanların da robot qismində gəzintiyə çıxdığı və komputer tərəfindən simulyasiya edilən dünya əhatə edir.

Qarşınıza qoyulan məqsəd birlikdə müxtəlif çətinliklərin öhdəsindən gəlmək və kosmik kapsula minərək planeti tərk etməkdir. Ancaq o halda missiya uğurla başa vurulmuş hesab edilir ki, bütün iştirakçılar planeti tərk edirlər. Bir və ya iki nəfər digərlərini gözləməzsə, bütün komanda məğlub olur.

Eşitdiyiniz video oyun təsviri deyil. Bu sizin və həmkarlarınızın VR eynəklər taxaraq keçdiyiniz təlim sessiyasıdır.

Hər keçən gün bu üsul saatlarla iclasda oturmaqdan və rəhbərliyin gələn il üçün qurulan böyük planlar barəsində danışmasına qulaq asmaqdan daha əyləncəli olur.

130641481 apollo5.png
“Jensen8”-in keçirdiyi kurs Marsda baş tutarkən siz hələ də bəzi iş yoldaşlarınızın başqa planetdən olduğunu hiss edə bilərsiniz

Marsa səyahət Böyük Britaniyanın VR əsaslı təlim platformlarında ixtisaslaşan “Jensen8” firması tərəfindən hazırlanan və “Apollon” adı verilən komanda formalaşdırma təlimidir.

Hər komandaya Marsdan qaçış yolunu tapmaq üçün 4 yaxud 5 cəhd verilir. Təlim zamanı iştirakçıların hər biri özünü müxtəlif rollarda sınaya biləcək. Bu lider, standart robot yaxud sadəcə izləyici ola bilər.

Təlim bitəndən və VR eynəklər çıxarılandan sonra iştirakçılardan onlara uğur qazanmağa kömək edən və ya uğursuzluqlarına səbəb olan amilləri müzakirə etmək xahiş edilir.

“İnsanlar bu immersion təcrübə zamanı iş yerində onlarla birgə olan qərəzli fikirlərin çoxunu bir kənara atırlar”, – “Jensen8” firmasında tədqiqat qrupunun rəhbəri Brayan Barns bunları dedi və əlavə etdi, – “Bu isə onlara sadəcə işçi obraz rolunu oynamaq yerinə özlərini göstərməyə imkan verir”.

O qeyd etdi ki, təlim vasitəsilə iştirakçilar komanda daxilində öz rollarını daha dərindən anlaya bilirlər. Bu da öz növbəsində onlar arasında səmimi münasibətlərə gətirib çıxarır və daha uğurlu komanda formalaşdırmağa kömək edir.

Pandemiya vaxtı tətbiq edilən lokdaunlar milyonlarla işçini evdən işləməklə və video görüşlərlə tanış etdi, indi isə dəyişmək növbəsi təlimlərdədir.

2020-ci ilin mart ayından başlayaraq keçirilən müntəzəm Zoom zəngləri bizi onu anlamağa məcbur etdi ki, görüşmək üçün bir otaqda olmaq şərt deyil. İndi isə getdikcə daha çox eyni şey təlim kurslarına da aid edilməyə başlayır.

Bunun üzərinə dayanmadan inkişaf edən VR texnologiyanı əlavə etsəniz görərsiniz ki, əksər firmalar bir günlük məzuniyyət yaxud şirkət əməkdaşlarının bilik və bacarıqlarını yeniləmək zamanı yetişəndə işçilərindən VR eynək taxmağı xahiş edirlər.

130641483 gettyimages 1362246991.jpg
VR eynək taxmaq əyləncəli ola bilər, ancaq bir çoxları onu ağır və uzunmüddətli istifadə üçün narahat hesab edirlər

Mayk Vinn “Bank of America”da VR əsaslı təlim proqramına rəhbərlik edir. Onun sözlərinə görə, bu xüsusilə gənclər üçün cəlbedicidir, çünki onlar artıq VR texnologiya ilə tanışdırlar. Buna görə biz immersion video oyunlara sərf edilən illərə çox sağ ol deməliyik.

“Biz artıq çox uzun müddətdir ki, eyni təlim üsullarına etibar edirik, insanlarsa dəyişiblər və onlarla birlikdə məlumatı toplamaq və mənimsəmək üsulları da ciddi şəkildə dəyişib”.

“Diqqəti cəmləmə müddəti on il qabaq olan ilə eyni deyil və hətta daha uzundur. İndi biz informasiyanı daha tez əldə etmək istəyirik və əşya haqqında sadəcə oxumaq əvəzinə istəyirik ki, onu həm də görə bilək”.

Bəs VR təlimlərinin daha məhsuldar olduğuna dair hər hansı bir sübut varmı? Mühasibatlıq sahəsinin nəhənglərindən olan “PricewaterhouseCoopers” şirkəti tərəfindən keçən il aparılan tədqiqata əsasən, VR vasitəsilə təlim keçmiş personal dərs otağında öyrənənlə müqayisədə işin öhdəsindən 4 dəfə tez gəlir. Tədqiqat həmçinin onu göstərdi ki, VR siniflərində işçilərin diqqəti 1,5 dəfə daha çox cəmlənmiş olur.

Digər bir mühasibatlıq şirkəti “Ernst & Young”da VR texnologiya sahəsində məsul şəxs olan Edvina Fitzmorisin sözlərinə görə, VR əsaslı təlimlərin daha bir üstünlüyü istifadəçilərin rahat şəkildə məşqlərə davam edə bilməsidir.

“Yenidən ora gedə bilmək, yenidən öyrənə bilmək ideyası insanların xoşuna gəlir”, – o dedi. “Siz bununla daha yüksək işçiləri saxlama dərəcəsi və yaxşı məşğulluq göstəricisi əldə etmiş olursunuz”.

“Siz daha yüksək nəticə əldə edirsiniz, çünki insanlar eyni məşqi dəfələrlə yerinə yetirirlər və özlərini onun içində hiss edirlər. Hamımız bilirik ki, insan etdikcə öyrənir, oxuduqca yox”.

Digər tərəfdən, VR təlimləri əksər hallarda daha rentabellidir və real təlimlər qədər təhlükəli olmur, əsasən də əgər siz işçilərə təhlükəli işləri yerinə yetirməyi öyrədirsinizsə. Onlar birbaşa neft platforması, kimya zavodları yaxud hospitalların təcili yardım şöbələri kimi yüksək riskli iş yerlərinə göndərilməzdən öncə ilkin olaraq VR simulyasiyasından keçə bilərlər.

Üstəlik, bir çox VR təlim sistemləri insan-rəhbər əvəzinə istifadəçiyə fidbək verir. Bu cür provayderlərdən biri Londonda yerləşən “VirtualSpeech”dir. O, natiqlik və liderlik bacarıqları üzrə VR əsaslı təlimlər təklif edir.

Bəzi insanlar deyirlər ki, əgər neqativ fidbək komputerdən gələrsə, onu daha sakit qəbul edərlər. “VirtualSpeech” şirkətinin təsisçisi və baş icraçı direktoru Sofi Tompsonun sözlərinə görə, əksər hallarda komputerlərin fidbək verməyi daha məqsədəuyğundur.

“İnsanlar səmimi fidbək verməkdə yaxşı deyillər və sən açıq şəkildə soruşmaq məcburiyyətində qalırsan. Komputerlərsə sizin hissləriniz barəsində narahat olmurlar”.

130639064 meeting room.png
Londonda yerləşən “VirtualSpeech” şirkəti insanlara natiqlik bacarıqlarını virtual dünyada sınamaq imkanı yaradır

Buna baxmayaraq, VR təlimləri də tənqidsiz ötüşmür. Misalçün, bəzi istifadəçilər deyirlər ki, VR eynəklər narahatdırlar, yaxud başgicəllənməyə və ürəkbulanmaya səbəb olur, digərləri isə başağrılarından və gözlərin yorulmasından şikayət edirlər.

Edvina Fitzmoris razıdır ki, bu sahənin tənzimlənməyə ehtiyacı var.

“Əsas olan idarəçilik və yenilik arasında düzgün balansı tapmaqdır”, – deyə o bildirib.

“Yeni bir şeyin yaranması üçün buna kifayət edəcək qədər imkan da yaratmalısınız və eyni zamanda əlinizdə kifayət qədər idarəçilik də olmalıdır – əlbəttə biri digərinə səbəb olur”.

Paylaş

Digər yazılar