fbpx
Skip links

Satan mətni daha səlis etməyin yolları

Yazı bacarıqlarını təkmilləşdirmək təcrübəsindən asılı olmayaraq hamının görməli olduğu işdir. Bu məqalədə öz səhvlərinizi görməyi öyrənəcək və fikirlərinizi daha səlis izah etmək bacarığına yiyələnəcəksiniz.

Yeni başlayan kopirayterin buraxa biləcəyi ən kobud səhvlər

  1. Haşiyə çıxmaq

Yeni başlayan kopirayter tez-tez əsas ideyadan yayınır və mətni kiçik lirik haşiyələrlə bəzəyir. Bu zaman mətn ağır, xeyirli məlumatsa az olur. Bu səhv, materialı yaxşı öyrənməməkdən yaxud lazımi simvol sayı toplamaq istəyindən qaynaqlana bilər. Yeni başlayan kopirayterlər uzun bədii mətnlər yazmağa meyllidirlər. Onlar bununla mövzu barədə biliklərini nümayiş etdirdiklərini düşünürlər. Əslində isə strukturlaşdırılmış, informativ və məntiqli mətn həm uzun, həm də qısa ola bilər. Əsas ki, müştəri tərəfdən qoyulmuş problemi həll etsin.

  1. Klişelərdən istifadə etmək, bədii ifadələr seçmək

Mətndə istifadə olunan klişe ifadələr oxucunu darıxdırır və bezməsinə səbəb olur. Çox saylı metaforlar informasiyanı qavramağa maneə törədir. Bu zaman oxucu mətnin mənasını anlamayacaq, siz isə auditoriyanızı itirəcəksiniz.

Lazım olan gözəl forma deyil, xeyirdir. Dilin təsvir vasitələri yazının sadəliyinə və aydınlığına xələl gətirməməlidir. Bu səbəbdən kopirayter artıq sözləri kəsib atmalı, ancaq əsas informasiyanı çatdırmağa köklənməlidir.

  1. Çox termin işlətmək və mətni mürəkkəbləşdirmək

Yeni başlayan kopirayterlərdə belə bir təsəvvür yaranır ki, mürəkkəb sözlərlə bol rəsmi mətnlər daha inandırıcı görünür. Bu cür yazı üslubu xüsusi ədəbiyyat və rəsmi sənədlər üçün məqsədəuyğundur.

  1. Qrammatik səhvlər

Kopirayterlikdə sadəcə fikirlərini dəqiq ifadə etmək yox, həm də bunu bütün qrammatik qaydaları gözləməklə düzgün etmək vacibdir. Oxucu səhvlərlə dolu mətnə etibar etmir, ona inanmır.

  1. Mətni strukturlaşdırmağı bacarmamaq

Öz-özlüyündə xeyirli və kreativ ideyalar yaxşıdır. Lakin mətn qarışıq fikir axını olarsa, oxucuda maraq yaratmayacaq.

Bundan yayınmaq üçün mətni abzaslara bölün, başlıqlar, yarımbaşlıqlar, şəkillər, qrafiklər, nömrələnmiş siyahılar əlavə edin. Bununla mətniniz daha oxunaqlı və nizamlı görünəcək.

Yazıçılıq qabiliyyətinin artırılması üçün məşqlər

  1. Yazınızı ucadan oxuyun

Sonda mətni oxumaq fikrin nə qədər səlis ifadə edildiyini yoxlamağa imkan verir. Əgər cümlə qəribə səslənirsə, hər sözdən sonra fasilə verirsinizsə, sadələşdirin, redaktə edin.

  1. İlhamlanın

Bu sahədə uğur qazanmış mütəxəssislərə abunə olun, yazılarını oxuyun. Özünüz üçün nəticələr çıxarın, özünüzü motivasiya edin.

  1. Başqalarından öyrənin

Ancaq nüfuzlu müəlliflərə abunə olmaq yetmir. Sürətli inkişaf üçün başqa kopirayterlərin də mətnini təhlil etmək lazımdır. Onların hansı formada yazdığına, hansı üsullardan və başlıqlardan istifadə etdiklərinə, üslubuna və strukturana fikir verməklə çox şey öyrənə bilərsiniz.

  1. Hər gün yazın

Bu daha rahat yazmağınız üçün lazımdır. Məqsədə çatmaq üçün bir neçə məşq təqdim edirik:

  • Hər hansı bir təsadüfi götürülmüş əşya barədə mətn yazın. Kreativliyinizi və biliyinizi artırın.
  • Başqalarının mətnini köçürün. “Hərb və Sülhü” köçürmək, əlbəttə ki, lazım deyil, lakin sahəniz üzrə bir neçə məqalə yerinə düşər. Yeni üslublar öyrənərkən onların prinsipini anlamaqla yanaşı, praktikada istifadə edə bilmək də lazımdır. Mətni köçürmək məlumatı daha yaxşı yadda saxlamağa və yeni neyron əlaqəsini möhkəmləndirməyə kömək edəcək.
  • Məqalənin planını qurun. Mətndə nizam yaratmaq üçün onun strukturunu, məntiqini, tərtibatını düşünmək lazımdır. Materialı bloklara bölməyi öyrənin: giriş, əsas fikir, nəticə.
  • Lazım olmayan sözləri çıxarın. Hansı sözləri çıxarsanız mətnin mənası dəyişməyəcəksə, onları tapıb xaric edin. Terminləri, məişət üslubunda olan sözləri əvəzləyin.
  • Sözlərin sinonimlərini tapın. Bu həm mətni oxunaqlı edir, həm də sizin söz ehtiyatınızı artırır.

Paylaş

Digər yazılar

İnsan kapitalı və onun mahiyyəti

Ən qiymətli iqtisadi resurs İqtisadiyyatın çiçəklənməsi və əhalinin rifah səviyyəsinin artması insan kapitalından birbaşa asılıdır. Digər resurslar kimi insan kapitalı da dəyər qazana və itirə

Mis – yaşıl energetikanın ən mühüm resursu

Dünyada mis üstündə mübarizə necə baş verir? Mart ayının ortasında Monqolustanın baş naziri və Avstraliyanın “Rio Tinto” şirkətinin rəhbəri Qobi səhrasında bir kilometr yarım dərinlikdə