fbpx
Skip links

Şəhər oazisləri dam bağçaları və günəş panellərinin vəhdəti olacaq

130271612 boku.pergola.jpg
Vyanada yarışəffaf panellər damda bitən bitkilərə düşən gün işığın qarşısını almır

Mən hal-hazırda Vyanada binaların birinin damındayam. Hava istidir, lakin ətrafımdakı tələbələr günəş panellərinin kölgəsində və çoxsaylı bitkilərin arasında rahatca söhbət edir və işləyirlər.

Söhbət Vyanada yerləşən Təbii Sərvətlər və Həyat Haqqında Elmlər  Universitetinin (BOKU) nümayiş layihəsindən gedir. O, bağ əhvali-ruhiyyəsini saxlamaqla damlarda qurulmuş yaşıllığın günəş panellərilə birləşdirmə yollarını araşdırır.

Layihə binaların damlarında üstü sarmaşıqla örtülü talvardan 2 metr yüksəklikdə günəş panellərinin quraşdırılmasını nəzərdə tutub. Yarışəffaf panellər aşağıda əyləşən sakinlərə kölgə yaratmaqla bərabər, bitkilərin üzərinə düşən günəş şüalarının da qarşısını kəsmir.

Bu cür bağçalar açıq ərazilərin az olduğu şəhər mühitində daha qiymətlidir və sadəcə bir neçə dibçək düzülmüş yastı damdan daha artığıdır.

Onlar sızmanın qarşısını almağa, torpağı qurutmağa, təmizləməyə imkan verən qatlarla yanaşı, torpaq və bitki örtüyü qatlarından da ibarətdir. Bu cür damların üstünlükləri çoxdur: Onlar damın səthini sərin saxlaya, yağış suyunu toplaya, müxtəlif heyvan növlərini cəlb edə və, əlbəttə ki, daha xoş abu-hava yarada bilər.

Bəzilərində, günəş panelləri yüksəkdə quraşdırılanlarda, gəzişmək də mümkündür. Digərlərində isə panellər daha aşağıda, hətta, yerdə quraşdırılıb.

Bərpa olunan enerji tələbatını nəzərə alaraq, məntiqlidir ki, bağça və günəş panelləri vahid biogünəş damı adı altında birləşdirilir və hər iki funksiya müəyyən mənada bir-birini tamamlayır.

Soyutma effekti günəş fotovoltaik texnologiyasının məhsuldarlığını artırır. Torpaq və bitki əkmək üçün istifadə olunan digər substratlar isə panellərin yerləşdirildiyi dayaqları saxlamağa xidmət edir.

Lakin bu cür biogünəş damlarının qurulması bir çox texniki çətinliklərlə müşayiət olunur.

Bitkilər çox böyüyə, daha çox kölgə yarada və günəş panellərinin effektiv fəaliyyətini əngəlləyə bilər. Bunun əksinə olaraq, panellər də günəş işığı və yağışın bitkilərə çatmasını məhdudlaşdıra bilər. Bu iki fərqli elementin işini düzgün tənzimləmək də asan deyil.

130270083 e37419f9 60e7 42b8 a024 1f4bb65acaa7.jpg
Üzüyuxarı quraşdırlan günəş panelləri gün işığına maneə törətmir

Lakin dizaynerlər artıq bu problemin aradan qaldırılması üzərində işləyirlər. Həll yolları vəziyyətdən asılı olaraq dəyişir.

Texniki dəstəklə bağlı problemlərin həlli üçün isə, məsələn, günəş panellərini bir-birindən aralı quraşdırmaq olar ki, texniki işçilər onlara rahatlıqla çata bilsinlər. Bitkiləri nəzarət altında saxlamaq üçün qismən dözümlü, kökləri dərin olmayan və xüsusi qayğı tələb etməyən bitkilər daha məqsədəuyğundur.

İsveçrənin Sürix Tətbiqi Elmlər Universitetinin nəzdində fəaliyyət göstərən Həyat Haqqında Elmlər və İnfrastruktur İdarəçiliyi Məktəbinin yaşıl dam üzrə mütəxəssisi Stefan Brennaysenin sözlərinə görə, biomüxtəliflik nöqteyi-nəzərdən panellərin yaratdığı kölgəli və rütubətli mühit bəzi həşərat növləri üçün də əlverişli şərait yaradacaq.

O, “SMARTRoofs” (tər. Ağıllı Dam) layihəsinin rəhbəridir. “Biz böcək biomüxtəlifliyinə əsaslanaraq nümayiş etdirə bilərik ki, günəş panelləri quraşdırılmış yaşıl damlarda həmin panellər quraşdırılmamış yaşıl damlarla eyni qədər həşərat növlərinin yaşamasını təmin edə bilərik”, – o müsahibəsində deyib. Lakin çəyirtkələr və arılar qapalı məkanlara və günəşə qarşı daha həssasdırlar.

Vyanada qurulan sarmaşıqlı talvarlar yalnız mümkün həll yollarından biridir.

Bir il ərzində 60 m2 sahədə qurulan orjinal dizaynlı günəş panellərinin, demək olar ki, orta ölçülü ev təsərrüfatının istifadə etdiyi qədər elektrik enerjisi hasil etməyi ilə bərabər, bağça da öz növbəsində universiteti gərəkli bitkilər və tərəvəzlərlə təmin edir.

130270090 awalkablesolargreenroof.creditelisabethweiss tessbachandgrnstattgrau..jpg
Günəş panellərini dam səviyyəsində quraşdırmaq həm daha asan, həm də ucuzdur

Talvar tipli dizaynlar nadir rast gəlinir, əlavə quraşdırma, texniki dəstək və planlama işləri tələb edirlər.

Misal üçün, qismən şəffaf olan və təhlükəsizlik şüşəsi ilə təchiz edilmiş günəş panelləri adi günəş panellərindən iki dəfə bahadır.

Daha sadə günəş panelli yaşıl damlara bir sıra ölkələrdə rast gəlmək olar. Avstriya, Böyük Britaniya və İsveçrə bu siyahıya başçılıq edirlər. Brennaysen etiraf edir ki, İsveçrə zəngin ölkə olduğundan orada yüksək tikinti standartlarını tətbiq etmək daha rahatdır.

Bazel kimi İsveçrə şəhərlərində yaşıl damlara qoyulan tələblərə ciddi nəzarət edilir, Stefan Brennaysen kimi yaşıl dam mütəxəssisləri isə planlama işlərində şəhər rəhbərliyinə tövsiyyələr verirlər.

Buna baxmayaraq, hətta daha sadə dizaynlar üçün belə texniki dəstək tələbləri ciddi ola bilər. “GRÜNSTATTGRAU” binaların yaşıllaşdırılması üzrə konsultasiya şirkətinin baş tədqiqatçısı İren Zluva deyir ki, bu sahədə iş təcrübəsinə malik insanların sayı az olduğundan ümumi vəziyyət elədir ki, “insanlar onu quraşdırmağa çalışır, lakin bunu yanlış edirlər”.

Ən çox rast gəlinən səhvlər uyğun altkonstruksiya olmadan adi fotovoltaik sistemləri yaşıllaşdırılmış damlara quraşdırmaq və substrat qatı ilə günəş panellərinin arasında ən az 30 santimetr buraxmamaqdır ki, bu halda bitkilər böyüməyə davam edir.

Digər məsələ kifayət qədər rütubət səviyyəsini təmin etmək üçün substrat qatını çox aşağı quraşdırmaqdır. Bazeldə tövsiyyə olunan substrat qatının hündürlüyü 12 santimetrdir. Stefan Brennaysenin sözlərinə görə, ilbəil temperatur yüksəkdikcə və yağıntıların miqdarı azaldıqca bu nazik qat əhəmiyyətli dərəcədə qalınlaşmışdır.

Günəş panelli yaşıllaşdırılmış dam ideyası bir çox insanın xoşuna gəlir, lakin onlar vəhdətin nə qədər baha başa gəldiyini öyrənəndən sonra birmənalı üstünlüyü ya ancaq çınqıl üzərində qurulmuş günəş panellərinə, yaxud da qeyri-fotovoltatik yaşıllaşdırılmış damlara üstünlük verirlər. Layihənin ən çox vəsait tələb edən hissəsi panelləri saxlayan alüminuim konstruksiyadır.

130270086 038ad9fc 7780 4b09 be50 2e1f05ce2dba.jpg
“GRÜNSTATTGRAU” şirkətindən da yaşıl binalar ideyasını təşviq edən İren Zluva (solda) və İsabel Mülbauer

“GRÜNSTATTGRAU” şirkətində layihə rəhbəri olan İsabel Mülbauer qeyd edir ki, adətən yalnız böyük şirkətlər günəş panelli yaşıllaşdırılmış damlara yetəcək xərcləri çəkməyə hazır olurlar.

2021-ci ildə Vyana rəhbərliyi damlarda fotovoltaik günəş sistemləri üçün hasil edilən hər kilovatt enerjiyə maksimum 400 avro subsidiya elan etmişdir. Bu cür ictimai dəstəyin xoş qarşılanmasına baxmayaraq, xanım Zluvanın sözlərinə görə, “bu, qızmış qayanın üzərinə düşən bir damcı sudur”. BOKU-da aparılan hesablamalara görə, fotovoltaik yaşıllaşdırılmış dam dizaynı üçün təxmini qiymət hər kvadrat metr üçün 1000 avrodur.

Qiymətləri endirməyin daha bir yolu hər bir hissəsini xüsusi sifarişlə hazırlamaq yerinə rahat dəyişilə bilən hissələrdən istifadə etməkdir. “GRÜNSTATTGRAU” bu cür daha sədə, enerjiyə qənaət edən tikinti məhsulları hazırlamağı hədəfləyən Avropa Birliyi layihəsinin 29 üzvündən biridir. Fotovoltaik sistemlərinə çəkilən xərclər son on ildə iki dəfə ucuzlaşdığından ümumi qiyməti də enməyə başlayıb.

Günəş panelli yaşıllaşdırılmış damlara marağı artırmaq üçün daha çox həvəsləndirici amillərə ehtiyac var. Çünki onların sayı hələ də az olaraq qalır. Brennaysenin dediyinə görə, bazar da daha sadə modellərə doğru meyllənir. Məsələn, bəzi şirkətlərin çoxillik bahalı texniki xidmət planı satmasına baxmayaraq, onlara ehtiyac qalmaya bilər.

Xanım Zluva qeyd edir ki, sözügedən yaşıllaşdırılmış damlar bütün problemlərin həlli deyil: – “Bu ancaq sizin qoya biləcəyiniz kiçik kərpicdir”.

Bəzi ətraf mühiti mühafizə təşkilatları yaşıllaşdırılmış damların üstünlüklərini və, xüsusilə, onların damlardan kənardakı mühitə təsirlərini  şişirtməkdə günahlandırırlar.

Ancaq şəhərdə isti və rütubətli hava şəraiti hökm sürdükcə şəhər oazislərindən bir çoxuna tələbat da qalacaqdır.

Paylaş

Digər yazılar

Zamanın qiymətləndirilməsi

Zamanla pul arasında kompromis tapmaq insanlar tərəfindən qəbul edilən bütün qərarların təməlində dayanır. Zamanın qiyməti ancaq hər hansısa bir fərd üçün deyil, bütünlükdə iqtisadiyyat üçün