fbpx
Skip links

Nə vaxt robotlar ev işlərini öz üzərinə götürəcək?

130514890 03 sanctuaryai phoenix waistupheadshot notarender.jpg
Feniks. “Sanctuary AI” tərəfindən hazırlanmış insanabənzər robot

Özünüzə bacardığınız qədər böyük bir məhsul bazarı təsəvvür edin. Bu bazarda nə satılacaq? Mobil telefonlar? Avtomobillər? Yoxsa daşınmaz əmlak?

Şübhəsiz, sadaladıqlarımızın hər biri nəhəng bazarlardır. Ancaq qarşımızdakı onilliklərdə satışa yeni bir məhsul çıxacaq ki, bütün nəhənglər cırtdana çevirələcək. “Sanctuary AI” şirkətinin baş icraçı direktoru Cordi Rouz müsahibəsində bu proqnozla çıxış edib.

Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən bu şirkət Feniks adlı insanabənzər robot hazırlayır. Robot hazır olanda o bizim istəklərimizi, dünyanın necə işlədiyini anlayacaq və verilən əmrləri yerinə yetirmək bacarığına sahib olacaqdır.

Cordi Rouzun sözlərinə görə, – “Uzunmüddətli ümumi ünvan bazarı günümüzə qədər biznes və texnologiya tarixində mövcud olmuş ən böyük bazardır – bu əmək bazarıdır. Bizim can atdığımız da budur”.

Amma mövzunun bir qədər geniş müzakirəsinə başlamazdan öncə bir şeyi dəqiqləşdirmək lazımdır: – “İndi dayandığımız yerdən getməli olduğumuz yol hələ də uzun olaraq qalır”.

O, robotların artıq nə vaxtdan etibarən evinizdə olacağı, paltarları yuyacağı və otaqları təmizləyəcəyinə dair zaman çərçivəsi qoymaqdan çəkindi. Lakin bu sahədə fikrini soruşub öyrəndiyim insanlar bunun yaxın on ildə reallaşa biləcəyini dedilər.

Dünyada texnologiya sahəsində fəaliyyət göstərən onlarla şirkət var. Misal üçün, Böyük Britaniyanın “Dyson” şirkəti onlardan biridir və süni intellektə, ev işləri görə biləcək robot mühəndisliyinə sərmayə yatırır.

Əlbəttə, bazarda fəaliyyət göstərən ən geniş profilli şirkət İlon Maskın elektrik avtomobil şirkəti olan “Tesla”dır. O, Optimus adı verilən insanabənzər robot üzərində işləyir. Maskın sözlərinə görə, robot artıq bir neçə ilə satışa çıxa bilər.

Bunun belə olub-olmayacağını zamanla öyrənərik. Bugün üçün isə ancaq onu deyə bilərik ki, süni intellekt sahəsində sıçrayış, həm də insanabənzər robotların düzəldilməsinin də sürətlənməsi deməkdir.

“Texnologiyanın hazırki inkişaf tempi üçün 10 il əbədiyyətə bərabərdir. Bildiyiniz kimi, hər ay süni intellekt sahəsində yeni ixtiralar edilir və fundamental dəyişikliklər baş verir”, – Cordi Rouz deyib.

Süni intellektə olan marağın meynstrimə çevrilməsi keçən il ChatGPT-in ictimailəşməsindən sonra baş verdi. Onun istənilən növ gərəkli mətn və foto yaratmaq bacarığı bu sahədə rəqabəti artırdı və süni intellekt texnologiyasına böyük miqdarda sərmayə cəlb etdi.

Lakin robotlara mühüm tapşırıqlar yerinə yetirməyə imkan verən süni intellektin işlənib hazırlanması özü-özlüyündə daha fərqli və mürəkkəb tapşırıqdır.

ChatGPT və onun rəqiblərindən fərqli olaraq insanabənzər robotlar fiziki mühitdə istiqaməti təyin etməlidir və bu mühitdə obyektlərin bir-biri ilə necə əlaqəyə girdiyini anlamalıdır.

130923389 gettyimages 477736898.jpg
Həqiqi robotların çantalarla işləməkdə əziyyət çəkməyi onları Holivud robotları qədər qorxulu etmir

Bir çox insana bu tapşırıq adi bir şey kimi görünə bilər, lakin insanabənzər robotlar üçün böyük qəhrəmanlıqdır.

Misal üçün, Feniks robotunun sınaq modeli artıq bir Kanada mağazasının arxa otağında paltarları səliqə ilə büküb çantalara yığır.

“Bu elə bir problemdir ki, süni intellektlə idarə olunan robot sistemlərində çoxsaylı müxtəlif məsələlərlə əlaqələnir. Çünki çantalar elastik və şəffafdırlar… və onların açılıb-bağlanan yerləri var”.

“Siz adətən çantanı açıb bir əllə çantanın ağzını açıq saxlamalı digəri ilə əşyaları çantaya yığmalı olursunuz”.

“Çantalarla işləmək, əlbəttə ki, robotlar üçün çox çətindir”, – O dedi və zarafatyana olaraq əlavə etdi ki, – “Bu hal bugünki insanabənzər robotları onların Holivuddakı bəzi soydaşları ilə müqayisədə daha az qorxulu edir”.

“Sanctuary AI” Feniksin çantanı yığmaq kimi spesifik tapşırıqları yerinə yetirməyi “öyrətməyə” imkan verən təlim sisteminə malikdir. O öz biznes ortaqları ilə birlikdə tapşırığın yerinə yetirilməlisini videoya qeyd etməyi, sonra isə prosesi tamamilə rəqəmsallaşdırmağı hədəfləyir.

Toplanan məlumatlar bütün obyektləri özündə cəmləşdirən, cazibə qüvvəsi və müqavimət də daxil olmaqla fiziki qanunları simulyasiya edən virtual mühit yaratmaq üçün istifadə ediləcəkdir.

Bu zaman süni intellekt virtual mühitdə məşq edə biləcəkdir. O, tapşırığı uğurla yerinə yetirmək üçün milyon dəfə cəhd edə bilər. Onun virtual mühitdə hər hansı bir tapşırıqda ustalaşdığı təqdirdə isə onun fiziki dünyada da sınaqdan keçirilməsinə icazə veriləcəkdir.

Bu üsulla Feniks 20-yə yaxın müxtəlif fəaliyyət növündə məşq etdirilir.

Cordi Rouz bunu insana bənzər robotların qarşısında dayanan yol kimi görür – spesific tapşırıqlarda ustalaşmaq biznes üçün xeyirli olacaq. Ev işlərini görə bilən robotlara isə hələ çox var.

Ən böyük çağırışlardan biri isə robotlara toxunma hissini verməkdir ki, o əşyaya hansı təzyiqlə təsir etməli olduğunu bilsin.

“Bizim bu cür tapşırıqları yerinə yetirmək bacarığımız təkamül nəticəsində formalaşmışdır. Buna milyon illər lazım olub. Robotlar üçün bu çox çətindir”.

Göründüyü kimi, ev və iş yerləri ilə bağlı işlərin öhdəsindən gəlməyi bacaran robotların hazırlanmasına qədər hələ də çox iş görülməlidir.

“Siz robotu strukturlaşdırılmamış mühitə yerləşdirib ondan heç olmasa əşyaları dağıtmadan gəzməyi xahiş edə bilməzsiniz. Hazırki texnoloji səviyyə üçün bu mümkün deyil”, – Dirbornda yerləşən Miçiqan Universitetinin nəzdində Robotlaşdırılmış Hərəkət İntellekti Laboratoriyasının əsasını qoymuş professor Əlirza Məhəmmədi bu qənaətə gəlib.

O qeyd edir ki, siz süni intellekti milyonlarla müxtəlif təlim ssenarilərinə yerləşdirə bilərsiniz. Ancaq real dünyada onun əvvəl heç zaman görmədiyi bir şeylə qarşılaşmaq və buna proqnozlaşdırılması mümkün olmayan yaxud hətta təhlükə yarada biləcək formada reaksiya verməsi ehtimalı həmişə olacaqdır.

Problem bir də ondadır ki, insanlar intuitiv olaraq konteks və nəticə qavrayışına malikdirlər. Misal üçün, biz təxmin edə bilərik ki, həddindən artıq həyəcanlı bir it qarşımızda atılıb-düşə bilər və bununla qarşılaşanda narahat olmuruq.

Robotun davranışlarında buna nail olmaq çox çətindir.

“10 ilə bəzi təlimatlarla gəzməyi bacaran robotlar əldə edə bilərik, amma tamamilə strukturlaşdırılmamış mühitdə yox”, – professor Məhəmmədi qeyd edib.

Lakin biz bu çətinliklərin öhdəsindən gələ bilsək, insanabənzər robotlar insanların işini əllərindən almağa başlamazmı?

Cordi Rouz qeyd edir ki, bir çox ölkə işçi çatışmazlığı problemindən əziyyət çəkir və onun robotları bir gün boş yerləri doldura bilərlər.

Stüart Miller Böyük Britaniyanın süni intellekt və robotlaşdırma üzrə ixtisaslaşan Heriot-Vatt və Edinburq Universitetlərinin birgə əməkdaşlığı ilə yaradılan Milli Robotariumun baş icraçı direktorudur.

“Şübhəsiz ki, elə robotlar peyda olacaq ki, onlar keçmişdə ancaq insanlara xas olan işləri görəcəklər… o zaman yaranan əsas sual, – “Bu nə deməkdir?” – olacaqdır”, – o dedi.

“Biz bəzi böyümə ağrılarından keçməli olacağıq. Amma biz bu haqda düşünərkən insanlığın ən yaxşı bacardığı şeyə köklənməliyik – qarşıda duran problemi həll etmək üçün bütün imkanları səfərbər etməliyik və maşınların nəyi daha edə bildiklərinə vaxt itirməməliyik”.

Paylaş

Digər yazılar

Əmtəə nişanını necə qeydiyyatdan keçirməli?

Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır.

Dəri altına yerləşdirilən mikroçiplər nədir

İmplant mikroçiplər İmplant mikroçip dedikdə həm insanın, həm də heyvanın dərisinin altına yerləşdirilən istənilən elektron cihaz başa düşülür. Bir qayda olaraq, bunlar identifikasiya edən RFID