fbpx
Skip links

Əmtəə nişanını necə qeydiyyatdan keçirməli?

Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır.

Əmtəə nişanı kimi qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və göstərilənlərin hər hansı uzlaşması.

Əmtəə nişanlarının qeydiyyata alınması niyə vacibdir?

  • qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabətdən qoruyur. Bundan əlavə nişan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı sizin mövqeyinizin qorunması baxımından faydalıdır;
  • qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər;
  • qeydiyyata alınmış əmtəə nişanı sahibinə bir istehsalçının həmcins olan əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur;
  • əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi müəyyən haqq müqabilində lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verə bilər;
  • qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı onu saxta məhsuldan ayırmağa da yardımçı olur.

Əmtəə nişanlarının hansı mərhələləri var?

Əmtəə nişanlarının qeydiyyatı aşağıdakı mərhələlərdən ibarətdir:

  • Ərizə, o cümlədən əmtəə nişanının qeyd edilməsi şərtilə ərizəçinin rekvizitləri;
  • Ərizə nümayəndə və ya patent müvəkkili vasitəsilə həyata keçirildikdə müvafiq şəxslə verilmiş etibarnamə ərizəyə qoşulmalıdır;
  • Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən müraciəti edilmiş əmtəə nişanının ekspertizası;
  • Əmtəə nişanı üzrə ödənişin həyata keçirilməsi və şəhadətnamənin alınması.
  • Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət uzadıla bilir.

Paylaş

Digər yazılar