fbpx
Skip links

IBM şirkətinin yeni ixtirası beyinə bənzər çip daha yaşıl süni intellekt vəd edir

130718877 gettyimages 1466716029.jpg

İnsan beynini imitasiya edən çip süni intellektin enerji sərfiyyatına qənaət edə bilər. İlk prototipin müəllifləri olan “İBM” şirkətinin developerləri bu fikirdədir.

Əsas narahatlıq doğuran məqam süni intellekt sistemlərini elektriklə təmin edən komputerlərin yerləşdiyi anbarların havaya buraxdığı zərərli maddələrdir.

Developerlərin sözlərinə görə, çip prototipi smartfon batareyalarının enerji sərfiyyatının da azalmasına gətirib çıxara bilər.

Onlar həmçinin qeyd edirlər ki, yeni texnologiyanın iş prinsipi insan beynindəki neyron əlaqələrilə oxşardır. Onun yüksək məhsuldarlığı da bununla izah olunur.

İsveçrənin Sürix şəhərində yerləşən “IBM”-ə məxsus tədqiqat laboratoriyasının alimi Tanos Vasilopulusun sözlərinə görə, insan beyninin ənənəvi komputerlərlə müqayisədə üstünlüyü “az güc sərf etməklə böyük nailiyyətlər əldə edə bilməsidir”.

BBC-ə verdiyi müsahibəsində o bildirmişdir ki, yüksək enerji qənaəti o deməkdir ki, “böyük və daha kompleks işlər az güc sərf etməklə yaxud məhdud həcmli batareyalı cihazlar vasitəsilə yerinə yetirilə bilər”, məsələn avtomobillər, mobil telefonlar və kameralar.

“Onu da əlavə etmək lazımdır ki, bulud texnologiyası provayderləri bu çipləri enerjinin qiymətini və karbon izini azaltmaq üçün istifadə edə bilərlər.” – deyərək alim bildirmişdir.

“Rəqəmsaldan analoqa”

Əksər çiplər rəqəmsaldır. Bu o deməkdir ki, onlar məlumatı 0-lar və 1-lər şəklində saxlayır. Yeni çiplər isə “memristor” (ing. – memory resistor. Tərcümədə yaddaş resistoru) adlanan komponentlərə malikdir. Onlar analoqdurlar və daha geniş rəqəm diapazonuna sahibdirlər.

İnsan beyni də analoq olduğundan memristorların iş prinsipi insan beynindəki neyron əlaqələrinin iş prinsipinə bənzəyir.

Surrey Universitetinin professoru Ferrante Nerinin verdiyi izaha görə, memristorlar təbiətdən ilhamlanmış və beyin fəaliyyətini imitasiya edən hesablama adlandıra biləcəyimiz mühitə yerləşdirilir.

Memristorlar neyron əlaqələrinin bioloji mühitdə etdiyi kimi özünün elektrik tarixçəsini “yadda saxlaya” bilir.

Bir-biri ilə əlaqəyə daxil olan memristorlar bioloji beyni xatırladan şəbəkə əmələ gətirirlər.

Onun, bu texnologiyada istifadə olunan çiplərin gələcəyi ilə bağlı fikirləri nikbin olsa da, onları ehtiyatla dilə gətirir: “Bu uğurlar ondan xəbər verir ki, biz yaxın gələcəkdə beyinə bənzəyən çiplərin yaranmasının şahidi ola bilərik”.

Bununla belə, biz bilirik ki, memristor əsaslı komputer düzəltmək asan deyil. Qarşıda isə hələ material qiyməti və istehsalatdakı çətinliklər də daxil olmaqla texnologiyanın geniş kütlə tərəfindən qəbul edilməsi kimi ciddi sınaqlar da var.

Bu komponentlər yeni yaradılan çipi enerji sərfiyyatı baxımından daha qənaətli edir, lakin o həmçinin rəqəmsal elementlərə də malikdir.

Bu həm də sözügedən çipləri süni intellektə daxil etməyi asanlaşdırır.

Hal-hazırda bir çox mobil telefonlar foto redaktə kimi sahələrdə istifadəçilərin köməyinə çatan süni intellekt çiplərilə təchiz ediliblər. Məsələn, İPhone telefonları “neyron mühərriki”nə sahibdir.

IBM ümid edir ki, gələcəkdə telefonlarda və avtomobillərdəki çiplər daha effektiv olacaq və bazara daha uzun müddət fəaliyyət göstərən batareya və yeni tətbiqlər çıxarmağı planlayır.

Nəticədə, IBM-in prototipinə bənzər çiplər komputerlərdə və güclü süni intellekt sistemlərində adi çipləri əvəz edərsə, böyük miqdarda enerjiyə qənaət etməyə imkan verəcəkdir.

Onlar həmçinin böyük miqdarda enerji istifadə edən data mərkəzlərini soyutmaq üçün istifadə olunan su sərfiyyatını da azaldırlar. Bu data mərkəzləri orta ölçülü şəhərlə bərabər miqdarda elektrik enerjisi tələb edən böyük müəssisələrdir.

Bat Universitetinin professoru Ceyms Davenport hesab edir ki, IBM-ə məxsus yeni ixtira “potensial olaraq maraq doğurur”, yalnız etiraf etmək lazımdır ki, çip problemin “asanlıqla tətbiq edilə biləcək” həlli deyil, daha çox “mümkün ilk addımdır”.

Paylaş

Digər yazılar

Satan mətni daha səlis etməyin yolları

Yazı bacarıqlarını təkmilləşdirmək təcrübəsindən asılı olmayaraq hamının görməli olduğu işdir. Bu məqalədə öz səhvlərinizi görməyi öyrənəcək və fikirlərinizi daha səlis izah etmək bacarığına yiyələnəcəksiniz. Yeni

Marketpleys yoxsa kompleks marketinq

Son vaxtlar marketoloqlar çevrəsində mübahisə doğuran mövzulardan biri də marketpleyslərdir. İnternetdə ticarət platformaları barədə çox saylı uğur hekayələri var ki, onları oxuyan sahibkarlar kompleks marketinqdən