fbpx
Skip links

Gömrük Sənədləşməsi

Səmərəli şəkildə mallarınızın sənədləşməsini istəyirsinizsə bizə müraciət edin. Sahə üzrə professional kadr heyətimizlə sizin malların xüsusiyyətlərinə uyğun sənədləşmə işlərinin aparılmasını təşkil etməklə sizə yaxından köməklik edəbilərik. Bu halda, mallarınızın gecikmədən vaxtında qapınıza çatdırılmasını təmin edə, əlavə xərclərdən və vaxt itkisindən sığortalanmış olarsınız.

Bundan əlavə şirkətimiz tərəfindən sizi gömrük orqanlarında təmsil etmək, malların gömrük rüsumlarının hesablanmasını və ödənilməsini təşkil etmək, habelə, proseslərin qüsursuz həyata keçirilməsində lazım olan konsultasiyanı vermək bizim xidmətlərə daxildir.

İdxal-ixrac zamanı icazəsi tələb olunan malların müvafiq dövlət orqanlarından icazə sənədləri

  • Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya);
  • Gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı;
  • Dövlət baytarlıq nəzarətində olan mallar gömrük ərazisinə idxal edildikə, baytarlıq sertifikatı ;
  • Yeyinti məhsulları gömrük ərazisinə idxal edildikdə, gigiyena sertifikatı;
  • Bitki və bitkiçilik məhsulları gömrük ərazisinə idxal edildikdə, idxal karantin icazəsi, ixrac edildikdə isə fitosanitar sertifikatı;
  • Yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı;
  •  İxrac nəzarətinə düşən malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti zamanı xüsusi icazə sənədi.

İxrac zamanı lazım olan sənədlər

  • Alıcı və satıcı arasında razılaşma (müqavilə,sifariş)
  • Malların dəyərini müəyyən edən sənəd (invoys,hesab-faktura)
  • Nəqliyyat daşınma sənədi (aviaqaimə,cmr)
  • Malın çəkisi və ölçüsü barədə sənəd (paking list)
  • İcazə sənədləri (mənşə sertifikatı, qida təhlükəsizliyi sertifikatı,uyğunluq   sertifikatı,fitosanitar sertifikat)
  • Gömrük bəyannaməsi