fbpx
Skip links

Gömrük Rəsmiləşdirilməsi

Gömrük rəsmiləşdirilməsi malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi, habelə gömrük prosedurunun dəyişməsi ilə əlaqədar həyata keçirilən rəsmi əməliyyatdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən gömrük orqanlarında gömrük rəsmiləşdirilməsinin  həyata keçirilməsi üçün brokerlər xüsusi sertifikat əldə edir.

Gömrük rəsmiləşdirilməsinə gömrük orqanına yük müşayiət sənədlərinin, müvafiq icazə sənədlərinin, gömrük bəyannaməsinin təqdim olunması, həmçinin yükün gömrük rüsumunun ödənilməsi aid olunur.

Gömrük rəsmiləşdirilməsi malın alındığı, mənşə və son çatdırılma yeri olan ölkələrdən, istifadə olunan nəqliyyat vasitəsinin növündən və bu ölkələrin qanunvericilik tələblərindən asılıdır. Rəsmiləşdirilmə zamanı adətən aşağıdakı ümumi qəbul görmüş sənədlərdən istifadə olunur:

  • Satınalma Müqaviləsi
  • İlkin invoys (proforma)
  • Qablaşdırma sənədi
  • Mənşə ölkə Sertifikatı
  • Kommersiya fakturası (yekun invoys)
  • Nəqliyyat sənədi (Bill of lading, CMR və s.)
  • Ödəniş haqqında sənəd (müqavilə şərtlərinə uyğun olaraq)

Nəzərinizə çatdırmaq istərdik ki, biz istənilən gömrük proseduru çərçivəsində yükünüzün gömrük rəsmiləşdirilməsini həyata  keçiririk:

  • İdxal
  • İxrac
  • Tranzit
  • Müvəqqəti Saxlanc
  • Müvəqqəti İdxal
  • Müvəqqəti İxrac
  • Təkrar İdxal
  • Təkrar İxrac
  • Daxildə Emal
  • Xaricdə Emal
  • Son İstifadə