fbpx
Skip links

Vergi və maliyyə xidmətləri şöbəsinin mütəxəssisi (mühasib) (passiv)

İş barədə məlumat:

  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və göndərilməsi;
  • Bəyannamələrin hazırlanması və göndərilməsi;
  • Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
  • Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
  • Maliyyə hesabatların tərtib edilməsi;
  • Debitor – kreditorlarla hesablaşmaların aparılması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, ƏMAS v.s) ;
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.

Bacarıq və səriştələr

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
  • Problemləri həll etmə bacarığı olmalıdır;

Vakansiyaya müraciət

Mövcud vakansiyalar