fbpx
Skip links

Vergi və maliyyə xidmətləri üzrə Aparıcı mütəxəssis (Aparıcı mühasib) (passiv)

İş barədə məlumat:

  • Qanunvericiliyə və Vergi Məcəlləsinə uyğun olaraq müəssisədə aparılan vergi uçotuna nəzarət;
  • Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Dövlət Vergi Xidmətindən daxil olan məktubların cavablandırılması və müvafiq tədbirlərin görülməsi
  • Dövlət Vergi Xidmətinə ünvanlanacaq məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
  • Məzuniyyət, müavinət, ezamiyyət və əmək haqqı hesablanmasının həyata keçirlməsi
  • Debitor və Kreditor hesablaşmaların izlənməsi;
  • Xərclər üzərində nəzarətin təmin edilməsi;
  • Müəssisələri aparlan əməliyyatlarının gündəlik olaraq 1 C proqramına daxil edilməsinə nəzarət edilməsi
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Tabeliyində olacaq əməkdaşların gündəlik işinə nəzarət və planlamanın edilməsi
  • Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 2 il təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Mühasibatlıq sahəsində beynəxalq sertifikatların olması üstünlükdür.
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes, e-gov və e-customs) ;
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.

Bacarıq və səriştələr

  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
  • Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 19.11.2023-cü il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Aparıcı mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Şirkət haqqında

İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC şirkətlər qrupu 2016 – cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, rəqəmsal marketinq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.

Veb sayt :      www.bercgroup.az

Ünvan: Bakı şəh, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə,44C

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85

Vakansiyaya müraciət

Mövcud vakansiyalar