fbpx
Skip links

Vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri (Baş mühasib) (passiv)

İş barədə məlumat:

  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
  • Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
  • Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il rəhbərlik təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Mühasibatlıq sahəsində beynəxalq sertifikatların olması üstünlükdür.
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes, e-gov və e-customs) ;
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.

Bacarıq və səriştələr

  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
  • Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 19.11.2023-cü il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini “Baş mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Şirkət haqqında

İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC şirkətlər qrupu 2016 – cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, rəqəmsal marketinq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.

Veb sayt :      www.bercgroup.az

Ünvan: Bakı şəh, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə,44C

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85

Vakansiyaya müraciət

Mövcud vakansiyalar