fbpx
Skip links

Vergi və maliyyə xidmətləri şöbəsinin mütəxəssisi (mühasib) (passiv)

İş barədə məlumat:
• Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
• Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və göndərilməsi;
• Bəyannamələrin hazırlanması və göndərilməsi;
• Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
• Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
• Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
• Maliyyə hesabatların tərtib edilməsi;
• Debitor – kreditorlarla hesablaşmaların aparılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
• Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
• Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
Vəzifəyə dair tələblər:
• Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
• Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
• 1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
• MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
• Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
• Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, ƏMAS v.s) ;
• Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.

Bacarıq və səriştələr
• Ünsiyyətcil olmalı;
• Komanda ruhlu olmalı;
• Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
• Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
• Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
• Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
• Problemləri həll etmə bacarığı olmalıdır;

BERC şirkətlər qrupu sizə nə vəd edir?
• Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
• Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
• Rəqabət qabiliyyətli əmək haqqı
• Korporativ nömrə və danışıq paketi
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 22.10.2023-cü il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Şirkət haqqında
İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC şirkətlər qrupu 2016 – cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, digital marketiq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
Veb sayt : www.berc.az
Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə,44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və

Vakansiyaya müraciət

Mövcud vakansiyalar