Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərini potensial müştərilərə tanıtmaq üçün şirkət tərəfindən təqdim edilmiş müştəri bazası əsasında zəng vasitəsilə satışların edilməsi;
- Marketinq vasitəsilə cəlb edilmiş potensial müştəri bazası ilə iş;
- İş adamları, kiçik və orta biznes subyektlərinin BERC şirkətlər qrupunun professional xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi və bu ehtiyacların əlaqədar şöbələrə ötürülməsi;
- Telefon zəngləri vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
- Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müvafiq şöbələrlə müştərilər arasında əlaqələndirici (CRM) funksiyasının həyata keçirilməsi;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
- Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
- Potensial müştərilərə xidmət təklif ilə bağlı təqdimatlarının və digər marketinq materiallarının göndərilməsi, onların cari vəziyyəti və nəticəsinin izlənməsi;
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması;
- Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Sağlam müştəri münasibətlərin korporativ standartlara və biznes etikasına uyğun formada qurulması;
- Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
- Xidmətlərin təşviqi və/və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən hər hansı digər tapşırıqların yerinə yetirilməsi.
Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür) ;
- İqtisadiyyat üzrə bakalavr ali təhsili;
- Xanım namizədlərə üstünlük verilir;
- İqtisadi biliklərin olması vacibdir;
- Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq
- Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
- Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili üzrə bilikləri olması üstünlükdür) ;
- Komanda ilə işləmək bacarığı;
- Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
- Bank və BOKT təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Peşəkar təqdimetmə və inandırma bacarığı.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı (maaş + bonus) ;
- Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti;
- Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
- Korporativ nömrə və danışıq paketi.
Maraqlı olan namizədlərdən öz CV – lərini 10.11.2023-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “telesatış mütəxəssisi” və əmək haqqı gözləntilərini yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Şirkət haqqında
İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC şirkətlər qrupu 2016 -cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, audit, hüquq, digital marketiq və digər outsors istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
Veb sayt : www.berc.az
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 50 555 14 85