fbpx
Skip links

Korporativ satış mütəxəssisi (passiv)

Vəzifə öhdəlikləri:

  • Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
  • Mövcud müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Yeni satış kanallarının artırılması məqsədilə xidmətlərin satışı ilə bağlı yeni təkliflərin hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür) ;
  • İqtisadiyyat üzrə təhsilin olması üstünlükdür;
  • İqtisadi biliklərin olması vacibdir.
  • Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmalı;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilməli;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan və rus  dillərində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis dili üzrə bilikləri  olması üstünlükdür );
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Korporativ nömrə və danışıq paketi.

Maraqlı olan namizədlərdən öz CV – lərini 10.11.2023-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” və əmək haqqı gözləntilərini yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Şirkət haqqında

İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC şirkətlər qrupu 2016 -cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, audit, hüquq, digital marketiq və digər outsors istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir

Veb sayt :  www.berc.az

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26

Vakansiyaya müraciət

Mövcud vakansiyalar