Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələr üçün mətnlərin yazılması;
- Sosial şəbəkələr üçün kontent planın hazırlanması;
- Reklam mətnlərinin, şüarlarının yazılması;
- Bloq yazıları, məqalələr, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması və redaktə edilməsi;
- Media üçün press – relizlərin yazılması;
- Vebsayt üçün SEO yönümlü mətnlərin yazılması.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə tələb olunur;
- Azərbaycan dilində danışıq və yazı qabiliyyətinin olması (xarici dil biliyi üstünlükdür);
- Kreativlik və təşəbbüskarlıq kimi bacarıqlara sahib olmalı;
- Sürətli düşünmə və tətbiq etmə bacarığının olması;
- Komanda ilə işləmək bacarığı;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək;
- Portfolionun olması mütləqdir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini və portfoliolarını 10.10.2023-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “Kopirayter” və əmək haqqı gözləntilərini yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Şirkət haqqında
BERC şirkətlər qrupu İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq 2016 – cı ildə təsis olunub. Şirkətlər qrupu müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, digital marketiq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
Veb sayt : www.berc.az
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 50 555 14 85