fbpx
Skip links

Robotlara mərcan riflərini xilas etmək öyrədilir

130939290 fosterdivingcu.jpg
Tarin Foster Abrolos adasının yaxınlığındakı dənizdə iş zamanı

“Bu, həqiqətən də, dünyamızın xüsusi bir hissəsidir”, – bu sözləri dəniz bioloqu Tarin Foster Qərbi Avstraliya sahillərindən 64 km aralıda yerləşən Abrolos adalarında olarkən deyib.

“Burada nə palma ağacları, nə də gur bitki örtüyü var. Lakin suyun dibinə ensəniz, bütün növ tropik mərcanları və balıqları orada görə bilərsiniz”.

Mərcanlar əsasən tropik sularda rast gəlinən və polip adlanan heyvanlardır. Yumşaq bədənə sahib poliplər dənizdən kalsium karbonat alaraq sərt xarici qabıq əmələ gətirirlər. Zaman keçdikcə bu sərt qabıqlar toplanaraq bugün müşahidə etdiyimiz riflərin əsasını təşkil edirlər.

Mərcan rifləri dəniz dibinin cəmi 0,2%-ni tutsa da, orada yaşayan canlıların dörddə birini yaşayış yeri ilə təmin edir.

Ancaq bu canlılar isti və turşulu mühitə qarşı həssasdırlar. Son illər isə okeanların suyu qızmağa və daha turşulu olmağa başlayıb. Bu səbəbdən mərcanlar xəstəliklər və ölümdən müdafiə oluna bilmirlər.

Zədə almış mərcanların rəngi ağarır. Fosterin bilavasitə şahidi olduğu bu proses “ağarma” adlanır.

Mərcan Riflərinin Qlobal Monitorinq Şəbəkəsinə əsasən, suyun temperaturunun 1,50C artması bütün dünya üzrə riflərin 70-90 faizinin məhv olmasına gətirib çıxara bilər.

Bəzi alimlərin fikrincə, onlar 2070-ci ilə qədər təmamilə yox olmaq təhlükəsi ilə üz-üzədirlər.

130939392 gettyimages 1227936271.jpg
Mərcan rifləri dənizdə yaşayan canlıların dörddə birinin evidir

“İqlim dəyişikliyi dünyanın hər bir tərəfində yaşayan mərcan rifləri üçün ciddi təhlükə mənbəyidir”, – bu fikri Avstraliyanın Dəniz Elmləri İnstitutundan (AIMS) Keti Peyc səsləndirmişdir.

“İqlim dəyişikliyinin səbəb olduğu ağır ağarmalar çox mənfi nəticələrə gətirib çıxara bilər”, – o demiş və əlavə etmişdir ki, – “və biz hələ də yaxşı bir çıxış yolu tapa bilməmişik”.

Mərcanların bərpa edilməsi adətən şitilliklərdə böyüdülmüş kiçik mərcan hissəciklərinin zədələnmiş mərcanlara daxil edilməsini nəzərdə tutur.

Lakin işlər ləng gedə və baha ola bilər, üstəlik risk zonasında olan riflərin ancaq bir hissəsinə kömək etmək mümkün olur.

Tarin Foster Abrolos adasına yaxın dayaz sularda keçirdiyi sınaqlarla riflərin xilas edilməsini sürətləndirməyə ümid edir.

130939294 graftedcoral regularmethod.jpg
Mərcanlar tıcaxlara daxil edilir, sonra isə qəliblərə yapışdırılır

O, mərcan hissəcikləri qoyulmuş kiçik tıxacları qəliblərə yerləşdirməyi nəzərdə tutur.

Fosterin əhəngdaşı tipli betondan düzəltdiyi qəliblərin kanal şəkilli oyuqları və qulpu var.

“Biz istəyirdik ki, bu elə bir şey olsun ki, onu kütləvi istehsal edə bilək”, – Foster izah edir. “Və dalğıclar yaxud uzaqdan idarə edilən aparatlar üçün asan tətbiq edilən olsun”.

Hələki nəticələr ümidvericidir.

“Biz artıq müxtəlif növ mərcan skeleti prototipi tətbiq etmişik. Biz, həmçinin, onları dörd müxtəlif növ üzərində də sınaqdan keçirmişik”, – o izah edir. “Hamısı da gözəl böyüyür”.

“Biz mərcanların bu ölçüyə çatması üçün tələb olunan bir neçə kalsifikasiya böyüməsi mərhələsini ötürürük”, – o deyir.

130939296 placingcoralbasesinnursery.jpg
Tarin sözlərinə görə, mərcanlar süni səth üzərində də yaxşı böyüyürlər

O, “Coral Maker” adlanan start-up firmasının əsasını qoyub və ümid edir ki, San Fransiskoda yerləşən “Autodesk” mühəndislik və proqram təminatı şirkəti ilə əməkdaşlıq prosesləri daha da sürətləndirəcəkdir.

Bu şirkətlərdə fəaliyyət göstərən tədqiqatçılar süni intellektə insanlarla yanaşı işləyən birgə əməkdaşlıq robotlarını, kobotları, (collaborative robots) idarə etməyi öyrədirlər.

“Mərcan çoxaldılması proseslərindən bəziləri sadə götür və qoy tapşırıqlarından ibarətdir və onlar robot avtomatlaşdırılması tərəfindən yerinə yetirilmək üçün çox uyğundur”, – Foster deyir.

Robot əl mərcan hissəciklərini toxum tıxaclarına qoymağı və yapışdırmağı bacarır. Digəri isə görüntü sistemindən istifadə edərək və necə tutmaq lazım olduğuna qərar verərək onları qəliblərə yerləşdirir.

“Mərcanın hər bir hissəsi fərqlidir, hətta eyni bir növ daxilində belə. Buna görə, robotlar mərcan hissəciklərini tanımalı və onlarla necə davranmalı olduğunu bilməlidir”, – “Autodesk” şirkətində baş elmi işçi Nik Keri deyir.

“Bugün onlar müxtəlif növ mərcan formaları ilə çox yaxşı işləyirlər”

130939387 traininginsf.jpg
“Autodesk” robotlara mərcanlarla işləməyi öyrədir

Növbəti addım robotları laboratoriya şəraitindən çıxarmaqdır. Fosterin sözlərinə görə, bu qarşımıza gələn 12-18 ay ərzində verməlidir.

Real dünyada bir çox təhlükələrin olduğuna baxmayaraq, yaş və canlı mərcanlar incə davranış tələb edir. Ola bilsin, qayıq bu zaman hərəkət etsin. Üstəlik, duzlu su potensial olaraq robotun elektrik hissələrinə zərər yetirə bilər.

“Biz əmin olmalıyıq ki, həssas hissələri qoruya biləcəyik”, – Nik Keri deyir.

Bu cür texnologiyanın qiyməti də bahadır. “Coral Maker” turizm sənayesindən qaynaqlanan tələbata güvənir və karbon kreditlərinə analoji olaraq bomüxtəliflik krediti verməyi planlayır.

“Bir addım öndə olmaq və mərcan riflərinin gələcək isti havalarda sağ qalmaqlarına köməklik göstərmək ciddi zaman, pul vəsaiti və insan kapitalı tələb edir”, – AIMS-in alimi Keti Peyc deyib.

Onun başçılıq etdiyi təşkilat və bu sahədə fəaliyyət göstərən digər qurumlar geniş miqyaslı bərpa işləri üçün mərcan əkilməsi kimi üsulları tədqiq edirlər.

Tədqiqatlar zamanı mərcan kürüsü toplanır və laboratoriyada mayalandırılır. Bundan sonra sürfələr zədə almış riflərə əkilməzdən öncə şitillikdə körpə mərcanlara qədər böyüyürlər.

“Mərcanların həyatlarının ilk ilində ölümlülük faizi çox yüksək olur. Mərcan əkilməsi rifdə gənc mərcanların sayının artırılması, onların sağ qalması və böyüməsinə yönəlmişdir”, – Peyc deyib.

Ən çox müqavimət göstərən “super mərcan” növlərinin çoxaldılması, həmçinin gün işığını əks etdirmək və mərcanları istidən qorumaq üçün buludların geo-mühəndisliyi kimi radikal ideyalar nəzərdən keçirilən digər təşəbbüslər arasındadırlar.

Daha bir ümidverici yenilik səs ilə əlaqəlidir. Balıqlar və riflərdə yaşayan digər dəniz canlıları şaqqıltı, çatlama və qışqırıq kimi geniş diapazonlu səslər çıxarırlar.

Tədqiqatçılar komputer alqoritminə sualtı səs yazılarını analiz etməyi və rifin nə qədər sağlam olduğunu göstərən xüsusiyyətləri aşkarlamağı öyrədirlər. Avstraliyada yerləşən AIMS “Rif nəğməsi” layihəsilə bu təşəbbəsü daha da irəli aparıb. Onlar balıqları cəlb etmək və rifin yenidən canlılarla dolmasını sürətləndirmək məqsədilə suyun dibinə dinamiklər yerləşdirir və zədələnmiş riflər üçün müalicəvi səslər oxutdururlar.

“Biz çalışırıq ki, planetimizin ən mürəkkəb ekoloji problemlərindən birini həll edək”, – Hələ də bərpa işləri ilə bağlı ümidvar olan Keti Peyc deyib.

“Unutmaq olmaz ki, bunun birdəfəlik və həmişəlik həlli yoxdur”

Paylaş

Digər yazılar

Yaxşı kreativ nədir və necə yaradılır?

Kreativ – reklam və marketinq sənayesinin aparıcı qüvvəsidir. O həm brendlə auditoriya arasında ünsiyyət vasitəsi, həm də maraqlandırmaq, təəccübləndirmək və cəlb etmək gücünə malik alətdir.