fbpx
Skip links

Yaxşı kreativ nədir və necə yaradılır?

Kreativ – reklammarketinq sənayesinin aparıcı qüvvəsidir. O həm brendlə auditoriya arasında ünsiyyət vasitəsi, həm də maraqlandırmaq, təəccübləndirmək və cəlb etmək gücünə malik alətdir. Bəs kreativi, həqiqətən, yaxşı edən nədir? Daha dərindən təhlil edək.

download 1

Yaxşı kreativ nədir?

Yaxşı kreativ sadəcə gözəl dizayn yaxud maraqlı sloqandan daha artığıdır. O problemləri həll edən, dəyişiklik gətirən və insanların hislərinə toxunan ideyaların təzahürüdür.

  1. Mesaj

Düzgün kreativ aydın və sadə mesaj verməklə asan başa düşülən və yaddaqalan olur.

  1. Emosional əlaqə

Yaxşı kreativ, auditoriyanın hislərinə xitab edir və onda gülüş, heyranlıq, empatiya və ya maraq hissi oyadır.

  1. Problemlərin həll edilməsi

Yaxşı kreativ ancaq diqqət cəlb etməklə yetinmir, həm də qarşıya qoyulmuş problemi həll edir yaxud auditoriyanın istəyinə cavab verir.

  1. Təkrarolunmazlıq

Yaxşı kreativi fərqləndirən əsas xüsusiyyətlər onun unikallığı və təqdimatının orijinallığıdır.

Yaxşı kreativ necə yaradılır?

  1. Auditoriyanı anlamaq

Kreativ yaratmazdan öncə hədəf auditoriyasını dərindən başa düşmək lazımdır. Bura onun maraqlarını, istəklərini, qorxularını, mədəni aspektini, demoqrafik xüsusiyyətlərini və davranış tendensiyalarını anlamaq daxildir. Auditoriya barədə daha geniş məlumat əldə etmək üçün analitika və bazarın təhlil edilməsi alətlərindən istifadə edin.

  1. Tədqiqat və analiz

Cari trendləri, rəqiblərinizi və sahənizi dərindən öyrənmək üçün tədqiqat işi aparın. Sahənizdə uğur qazanmış şirkətlərin fəaliyyətini araşdırın və onların uğurunun sirrini tapmağa çalışın. Bu sizi yeni ideyalara həvəsləndirər və ümumi səhvlərdən sığortalayar.

  1. Brainstorming (beyin fırtınası)

Brainstorming yaxud beyin fırtınası – bir neçə nəfər tərəfindən müəyyən bir sualın yaxud tapşırığın həll yollarını axtaran intensiv müzakirə prosesi. Məqsəd müzakirə zamanı mümkün olduqca çox həll yolu fikirləşib tapmaq, sonra isə mütəxəssis rəyinin köməyi ilə ən optimalını seçməkdir.

Təzə və yenilikçi ideyaların axtarıb tapılmasını stimullaşdırmaq üçün komandanız və hətta kənar tərəflərin iştirakı ilə beyin fırtınası keçirin. Proses zamanı vacib olan açıq və dəstəkləyici mühitin yaradılmasıdır. Bu mühitdə bütün ideyalar xoş qarşılanır və işə yaramayan təklif olmur. Brainstorming-in müxtəlif texnikalarından istifadə edərək prosesi daha rəngarəng edin.

  1. İdeyaların hasil edilməsi və seçilməsi

Beyin fırtınasından sonra ən perspektivli ideyaları seçin və təkmilləşdirin. Bu ideyaları həyata keçirməyin mümkün strategiyaları və onun auditoriyaya necə təsir edəcəyi barədə düşünün.

  1. Prototipin yaradılması və sınaqdan keçirilməsi

Tammiqyaslı kampaniya başlatmazdan öncə ideyanızın prototipini hazırlayın və sınaqdan keçirin. Buraya  A/B testi, fokus qrupları, hətta kiçik istifadəçi qrupundan rəy almaq da daxil ola bilər.

  1. Optimallaşdırma

Toplanmış məlumatlar vasitəsilə kreativinizi optimallaşdırın. Maksimum nəticə əldə etmək üçün bir neçə sınaq və optimallaşdırma lazım ola bilər.

Yaxşı kreativ nümunələri

download 1 1

  1. Old Spice “The Man Your Man Could Smell Like”

Bu inqilabi kreativ idi. O özündə yumor, təəccüb və orijinallığı birləşdirirdi. Brendə güclü təkan verməklə yanaşı, çox sayda müştəri cəlb etmişdir.

download 2

  1. IKEA Bookbook

IKEA sadə bir ideyanı götürüb onu məzəli və ağıllı reklama çevirib. O ancaq öz kataloqlarını inkişaf etdirməklə qalmayıb, dünyada daha da məşhurlaşmışdır.

Yaxşı kreativin yaradılması hərtərəfli tədqiqat, auditoriyanı anlamaq, beyin fırtınası və çox saylı sınaqlar tələb edən prosesdir. O orijinal olmalı, problemləri həll etməli və emosional reaksiya doğurmalıdır. Yaxşı kreativ auditoriyanın iştirakını əhəmiyyətli dərəcədə artıra və marketinq səylərinin nəticəsini yaxşılaşdıra bilər.

Paylaş

Digər yazılar

Sınaq müddəti ilə bağlı yeddi vacib məqam

Sı­naq müd­də­ti ilə bağ­la­nı­lan əmək mü­qa­vi­lə­sin­də mütləq şə­kil­də sı­naq müd­də­ti ba­rə­də qeyd edil­mə­li­dir. Sı­naq müd­də­ti gös­tə­ril­mə­yən əmək mü­qa­vi­lə­si sı­naq müəy­yən edil­mə­dən bağ­lan­mış he­sab olu­nur. Əgər

Cari vergi ödəmələrinin hesablanması qaydası

“Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Qaydaya əsasən, vergi ödəyicisi