fbpx
Skip links

Mis – yaşıl energetikanın ən mühüm resursu

detail f7aa7529929f6453f9feca1fb94dd6d5 1
Foto: Cristobal Olivares / Bloomberg / Getty Images

Dünyada mis üstündə mübarizə necə baş verir?

Mart ayının ortasında Monqolustanın baş naziri və Avstraliyanın “Rio Tinto” şirkətinin rəhbəri Qobi səhrasında bir kilometr yarım dərinlikdə “Oyu-Tolqoy” mis yatağının təntənəli açılışını etdilər. Dağ-mədən işlərinin başlamasından əvvəl tərəflər arasında uzun müddət fikri ayrılığı hökm sürsə də, metallurgiya konserninin keçən il Monqolustan hökümətinin bir neçə milyard dollar borcunu öz üzərinə götürməsindən sonra qazıntı işlərinə start verilmişdir. “Rio Tinto”nun marağı və güzəştə getməyə razılıq verməsi misin dünya enerji transformasiyasında oynayacağı mərkəzi rol ilə izah olunur. “Oyu-Tolqoy” nəhəng mis ehtiyatına sahibdir və bu onilliyin sonuna hasilat miqyasına görə dünyanın 4-cü ən böyük mədəni ola bilər. Metala olan tələbat isə artmağa davam edəcək. Onun təmin edilməsi üçün 2030-cu ilə qədər 10-dan çox bunun kimi mədənə ehtiyac yaranacaq. Lakin bu ssenarinin həyata keçirilməsi ehtimalı böyük deyil. Bu səbəbdən, analitiklərin fikrincə, tezliklə güclü mis qıtlığının yaranması qaçılmazdır. Nəzəri olaraq, texnoloji yeniliklərin və metal hasilatında tamamilə yeni metodların, süni intellektdən tutmuş vulkanların altındakı mayelərdən metal hasil etməyə kimi, kütləvi tətbiqi vəziyyəti xilas edə bilər.

Güc cərəyandadır

Son illər iqlim dəyişikliyi problemindən narahat olan ən böyük iqtisadiyyatlar energetikanın dekarbonizasiyası, tədricən mədən yanacaqlarından uzaqlaşmaq təşəbbüsünü irəli sürüblər. Uğurun əsas şərti nəqliyyat sahəsinin geniş miqyaslı elektrikləşməsi və, həmçinin bərpa olunan enerji mənbələrinin aktiv inkişafıdır.

Dəyişikliklər qarşıdan gələn onilliklərin açar metalı olan missiz mümkün deyil. O, maşınqayırma avadanlıqlarının, kabel və məftillərin istehsalında, günəş və külək elektrik stansiyalarının tikintisində istifadə edilir. Buna görə, hesab olunur ki, mis litiumla bərabər insanlıq üçün yeni neft olacaq və bəşəriyyət bu mühüm xammal olmadan mövcudluğunu davam etdirə bilməyəcək. Yüksək keçiricilik qabiliyyəti səbəbindən onu elektrikləşmənin əsas metalı da adlandırırlar.

Günəş yaxud külək elektrik stansiyaları, elektromobillər və ya istənilən bərpa olunan enerji mənbələri – bunlar hamısı mis tələb edir. Çünki nəyisə elektrikləşdirmək, harasa elektrik çəkmək istəsəniz misə ehtiyacınız yaranacaq.

El Çu. “BNY Mellon” şirkətinin mütəxəssisi

Bu zaman çox miqdarda mis lazım olur, yeni yaşıl texnologiyaların həyatımıza daxil olma tempi isə kifayət qədər yüksəkdir. Beləki, bir elektromobil istehsal etmək üçün daxili yanma mühərrikli avtomobillə müqayisədə 2,5 dəfə çox mis ehtiyacı yaranır. Bundan başqa metal həm də şarj infrastrukturunun tikintisində tələb olunur. Şarj olmadan da elektrik maşınların istifadəsi mümkünsüzdür.

owl wide 1200 8c91e4b33ca4bc16965a32e413741da6
Foto: Morris MacMatzen / Getty Images

Söz düşmüşkən, bu cür avtomobillərin populyarlığı dayanmadan artır: bugün satışların həftəlik həcmi on il əvvəl 1 ilə qeydə alınırdı. 2023-cü ilin sonuna elektromobillərin ümumi miqdarı 40 milyona çatacaqdır.

Günəş və külək elektrik stansiyalarına gəlincə isə, onların hər meqavatt gücü kömürlə və qazla işləyən stansiyalarla müqayisədə uyğun olaraq 2 və 5 dəfə çox mis tələb edir. Bu zaman onun alternativ yollarla əldə edilməsi üsulları ikinci dərəcələri olmaqdan çıxır. Hər halda dünyanın əsas iqtisadiyyatları üçün belədir.

Beləki, bu sahənin qlobal lideri Çinin istismarda olan günəş elektrik stansiyalarının ümumi həcmi 2015-ci ildən bu günə qədər təxminən 10 dəfə artmış və 390 giqavatta çatmışdır. Artım tempinin bu il də davam edəcəyi və 30% artacağı gözlənilir. Əgər proqnoz özünü doğruldarsa, ölkədə ancaq günəş enerjisinin hasilat göstəricisi Rusiyanın bütün növ enerji hasilatından 2 dəfə çox olacaqdır.

25 milyon ton

2022-ci ildə məhz bu qədər mis istifadə edilmişdir.

Son 10 ildə bərpa olunan enerji sektorunun inkişafı və elektrikləşmə trendinə parallel misə olan tələbat da artmışdır. 2022-ci ildə misin istehlakı 2010-cu il ilə müqayisədə 1/3 qədər artmış və təxminən 25 milyon ton təşkil etmişdir. Bu istehlakın təxminən 1/4 hissəsi dəmir tullantılarından əldə olunan mis vasitəsilə ödənilir. Onun fiziki xüsusiyyətləri elədir ki, keyfiyyət itkisi baş vermədən yenidən emala göndərməyə imkan verir.

owl wide 1200 6364afb095f693ad76090244c8ee87cd
Foto: Yin Chao / VCG / Getty Images

Ancaq təlabatın böyük hissəsi hələ də mədən hasilatı vasitəsilə təmin edilir. Bu, həm də ona görədir ki, yenidən emalın imkanları məhsulların uzun istifadə müddəti ilə məhdudlaşır. Binalar və avadanlıqların tərkibindəki mis onilliklər boyu istismar edilər və yenidən emala getməz. Mədənlərdə hasil edilən ilkin xammalın həcmi keçən il 22 milyon tona çatmışdır. Bu göstərici 2010-cu ilin müvafiq göstəricisindən 50% çoxdur.

Ləng artım

2023-2024-cü illərdə hasilat artımının yüksək olmayacağı proqnozlaşdırılır. Beləki, bu sahədə fəaliyyət göstərən hökümətlərarası şirkət olan mis üzrə Beynəlxalq tədqiqat qrupu bu yaxınlarda cari il üçün proqnozlara yenidən baxıb və oktyabrda gözlənilən artımın 5% əvəzinə 3% olacağını bildirib. 2024-cü ildə isə artım tempi 2,5%-ə qədər enəcək.

Daha bədbin proqnozlara əsas kimi sırf istehsalat faktorlarından və əlverişsiz hava şəraitindən savayı siyasi-sosial faktorların da adlarını çəkirlər. Keçən ilin dekabr ayında Peruda yolların bağlanması səbəbilə baş verən etirazlar və küçə iğtişaşları başlamışdır. Bu ölkə isə dünya üzrə mis hasilatının 10%-nə sahib olmaqla ikinci ən böyük mis hasilatçısı hesab olunur. Nəqliyyat əlaqələrinin kəsilməsi ucbatından artıq fevral ayında mis mədənlərində də problemlər ortaya çıxmışdır. Lakin mart ayında işlərə yenidən start verilmiş və ayın ortasına hasilat tam gücünə çatmışdır.

Mis tədarükü Perudan daha çox Çilidən asılıdır. Bu dövlətin dünya hasilatında payı 27 faizə çatır. Rəsmi Santyaqo son illər sahənin gələcəyi ilə bağlı narahatlığa əsas verən qərarlar qəbul edir. 2021-ci ildən Çili höküməti dağ-mədən işləri ilə məşğul olan şirkətlərə təzyiqləri artıracaq vergi islahatları aparmağa çalışır. Şirkətlər bu yeniliyi son dərəcə mənfi qarşılayıblar və xəbərdar ediblər ki, bu hal baş verərsə onlar yeni sərmayə yatırımlarına hazır olmaya bilərlər.

owl wide 1200 1df2e8a1be77c980bb4344573815a8f3
Foto: Marcelo Rochabrun / Reuters

Şirkətlərin ciddi reaksiyasından və hakimiyyət ilə uzun diskussiyalardan sonra Çili höküməti güzəştə getdi və vergi ödənişlərini saxlasa da azaltmağa razı oldu. Sektor nümayəndələri isə vergilərin hətta yumşaldılmış halda belə öz bizneslərinin sabitliyinə və gələcək layihələr üçün Çilinin cəlbediciliyinə təhlükə yaradacağı fikrindədirlər.

“Bazarın proqnozlaşdıra bilmədiyi isə Cənubi Amerikada işləməyin nə qədər çətin olacağı idi. Bazarın gözlədiyinin əksinə olaraq, əvvəl Çili, indi isə Peru ilə bağlı naməlumluq vəziyyəti daha da mürəkkəbləşdirdi” – “Global Mining Research”-un direktoru Devid Redklif bu fikirdədir.

Hasilatla məşğul şirkətlərin büdcə köçürmələri ilə bağlı mübahisələri bu il Amerika qitəsinin daha bir ölkəsində — Panamada — müvəqqəti olaraq mədən işlərinin dayanmasına gətirib çıxarıb. Fevral ayında ölkə rəhbərliyi Kanadanın “First Quantum Minerals” şirkətinə məxsus “Cobre Panama” layihəsi üzrə hasilat işlərinin dayandırılmasına nail olub. Tərəflər arasında yaşanan konflikt yatağın istifadəsinə görə ödəniləcək məbləğin miqdarı və müqavilənin müəyyən bəndləri ilə bağlı ümumi razılığın olmamasından qaynaqlanırdı. Mart ayına razılıq əldə olundu: önümüzə gələn 20 il müddətində Kanada şirkəti hər il indiyə kimi ödədiyindən 10 qat çox ödəniş etməli olacaq.

Hasilatdakı fasilələr və digər problemlər bu günə qədər mis defisitinə səbəb olmurdu, lakin tezliklə vəziyyət dəyişə bilər. Analitiklərin fikrincə, ciddi mis qıtlığı önümüzə gələn bir neçə il müddətində daha kəskin hiss ediləcək. “S&P Global”-ın qiymətləndirməsinə görə, mis sənayesində cari hasilat və sərmayə trendlərinin saxlanması artıq 2024-cü ildən başlayaraq xroniki defisit halını alacaq.

owl wide 1200 700bdaababb0a0bd5f99c7abab39281e
Foto: B. Rentsendorj / Reuters

Bununla belə, mis tələbatı artmağa davam edəcək və 2035-ci ildə cari göstəricini 2 dəfə üstələyəcək. Həmin ilə kimi illik defisit həcmi təxminən 10 milyon ton təşkil edəcək. Söhbət energetikanın intensiv dekarbonizasiyası və 2050-ci ilə kimi xalis sıfır emissiyaya nail olunması nəticəsində yaranan tələbatın təxminən 1/5 hissəsindən gedir. Problem ondadır ki, bu həcmdə defisit ilə belə bir məqsəd əlçatmaz olacaq. Mis qıtlığı energetikanın transformasiyasını mümkünsüz edəcək.

10 milyon ton

2035-ci ilə kimi mis defisiti məhz bu həddə çatacaq

Daha yumşaq ssenari də mövcuddur. O, hasilat və emal həcminin artırılması barədə nikbin qiymətləndirmədən qaynaqlanır. Bu halda 2035-ci ilə kimi defisit pik həddə çatacaq və 1,6 milyon ton təşkil edəcək. 2040-cı illərə kimi təklif yenidən tələbi üstələyəcək, lakin 2050-ci ilə kimi xalis sıfıra nail olmaq üçün mis həcmi yetərli olmayacaq.

“S&P Global”-ın qiymətləndirməsinə əsasən, əgər 2050-ci ilə kimi hər il 300 min ton hasilata malik 3 mədən açılarsa, proqnozlaşdırıla bilən tələbatın təmin edilməsinə nail olmaq olar. Belə bir tapşırıq bugünki məzənnə ilə 500 milyard dollar sərmayə tələb edərdi. “Wood Mackenzie” analitiklərinin hesablamalarından belə nəticəyə gəlmək olar ki, artıq 2030-cu ilə kimi 6 milyon ton proqnozlaşdırıla bilən defisit həcmində belə mədənlərdən daha 20 ədəd, “Oyu-Tolqoy” kimi böyük mədənlərdən isə 12 ədədinin işə başlaması yetərli olardı.

owl wide 1200 1447795be15f02f24e4a5b669fff146e
Foto: Ivan Alvarado / Reuters

Lakin bu sayda yeni, xüsusən də, iri faydalı qazıntı yatağı mövcud deyil və aşkar ediləcəyi də mümkün görünmür. Dünyanın fərqli bölgələrində 50 il iş təcrübəsinə malik Avstraliyalı geoloq Daq Kirvinin fikrincə, mislə bağlı böhran getdikcə daha geniş vüsət alır. O həm də Monqolustanda aparılmış geoloji kəşfiyyat işlərində iştirak etmiş və “Oyu-Tolqoy” yatağını aşkar etmişdir.

Biz yaxın on ildə o qədər mis hasil edə bilməyəcəyik ki, enerji keçidini və dekarbonizasiyanı təmin edə bilək. Heçnə alınmayacaq. Biz sadəcə bu qədər mis yatağı tapmırıq və işlətmirik.

Daq Kirvin. Geoloq.

İş onda deyil ki, planetin mis ehtiyatı yoxdur: hələ aşkar edilməyənlər də daxil ümumi ehtiyat alimlərin hesablamalarına görə, 5,6 milyard ton təşkil edir. Artıq kəşf edilmiş və rentabellik nöqteyi-nəzərdən perspektivli hesab edilən yataqlar 880 milyon tondur.

owl wide 1200 376f84f7eb193fcd4f2b1456596545a4
Foto: SeongJoon Cho / Bloomberg / Getty Images

Lakin hasilat sektoru əhəmiyyətli dərəcədə sərmayə korluğu çəkir. Şirkətlər yeni yataqların işlədilməsinə həvəssiz yanaşırlar və belə başlanğıclarla əlaqədar riskə getmək istəmirlər.

Fəaliyyətdə olan mədənlərin sayı da çox deyil. Beləki, 2017-ci ildən 2021-ci ilə kimi keçən 5 il müddətində yalnız 2 böyük mədəndə hasilat işləri aparılırdı, 2022-ci ilin sonuna qədər isə hasilatı artırılan mədənləri nəzərə alsaq siyahıya daha 4-ü əlavə olundu. Bu il “Oyu-Tolqoy”dan savayı Çilidə də bir mədənin fəaliyyətinə start verildi. Yaxın gələcəkdə bir neçə iri layihənin də işə başlayacağı gözlənilir.

Yeni mədənlərin açılması ilə bağlı bəzi təşəbbüslərsə ümumiyyətlə reallaşmır. Şirkətlər müxtəlif səbəblərdən, məsələn aktivistlərin etirazları ucbatından, icazə ala bilmirlər. Mis tələbatının çox sayda ölkənin yaşıl enerjiyə keçməsi ilə şərtlənməsi o demək deyil ki, metal hasilatı öz-özlüyündə ətraf mühitə zərər yetirə bilməz. Ancaq bu il Çilidə və Alyaskada layihələrin fəaliyyətlərinə xitam verilib. Hər iki halda hökümətlər yerli ekosistemə vurulan zərəri əsas gətiriblər.

Şirkətlər hasilat barədə razılığa gəlsələr belə, mədənin işə başlamasının onillər çəkməsi problemi hələ də həll olunmamış qalır. “Oyu Tolqoyda işlərə 20 il əvvəl start verilsə də, hər şey hələ yeni başlayır. Vacib deyil, misin qiyməti 3 dollardır, yoxsa 30. Prosesi çox sürətləndirmək mümkün deyil” – Monqolustanda faydalı qazıntı yatağının işlədilməsinə başlamış “Ivanhoe Mines” şirkətinin banisi Robert Fridland bu fikirdədir.

owl wide 1200 c2d03365942a1446cb6c804e315690fb
Foto: B. Rentsendorj / Reuters

Yeni mədənin işlədilməsinə başlamaq da çox xərc tələb edir. Misalçün, “Oyu-Tolqoy” mədəninə xidmət göstərilməsi üçün yol çəkmək, hava limanı, enerji infrastrukturu və 20 min işçi üçün nəhəng yeməkxana tikmək lazım gəlib. Xərclər, böyük ehtimal, gələcəkdə də davam edəcək. Monqolustan mədənin ehtiyacları üçün elektrik enerjisinin Çindən idxal etməmək üçün “Rio-Tinto” şirkətindən elektrik stansiyasının da tikilməsi barədə razılığa gəlməyə çalışır.

Bundan başqa, yeni kəşf edilmiş yataqlar filizlərdən yetərli miqdarda metal əldə edilməməsi səbəbindən əksər hallarda sərfəli olmurlar. Böyük yataqlarınsa sayı çox deyil. Onlardan sonuncusu 10 il qabaq kəşf olunub. “Getdikcə, mədənlər daha dərin, filizlər daha aşağı keyfiyyətdə olur. Bundan əlavə, siz dəyişən ekoloji vəziyyətə uyğunlaşmalı olursunuz. Bunun hələ siyasi riskləri də var” – Devid Redkliff fikrini tamamlayır.

Robotlar, vulkanlar və mis inqlabı

Qarşıya çıxan daha bir maneə işlərin getdikcə texniki baxımdan mürəkkəbləşməsidir. Hətta ənənəvi olaraq yer səthinə yaxın yerləşən mədənlərdə belə, məsələn Çilidə keçən əsrin əvvəlindən fəaliyyət göstərən Çukikamata mədənində, hasilat işlərini mərhələli olaraq yerin dərinliklərinə daşıyırlar.

owl wide 1200 9a9504d85b814ab3966e7b6a9f7fba46
Foto: Cristobal Olivares / Bloomberg / Getty Images

Bu zaman böyük dəqiqlik və hesablamalar tələb edən daha mürəkkəb hasilat üsullarına əl atmaq lazım gəlir. Məsələn, “Rio Tinto” şirkəti dərində yerləşən filiz yataqlarına çatmaq üçün blok dağıtma üsulundan istifadə edir. Onlar filiz kütləsini altdan kəsirlər və öz çəkisinin təsiri altında düşməsinə nail olurlar. Sonra isə tunel sistemi vasitəsilə filiz parçalarını yer üzünə çıxarırlar.

“Əslinə qalarsa, hasilatla məşğul olan şirkətlər arasında bu üsula əl atan çox deyil” – Avstraliyanın “Barrenjoey” sərmayə şirkətinin analitiki Qlin Lokok qeyd edir. Lakin bu üsul iri və elə də zəngin olmayan filiz yataqlarında işləyərkən xərcləri azaltmağa kömək edir və onun məşhurluğu getdikcə artır.

Şirkətlər zəngin olmayan filizdən və hətta qalıq materiallardan metal hasil etməyin yeni üsullarını da tətbiq etməyə çalışırlar. Hələki bu texnologiyalar lazımi effekti vermir. “Wood Mackenzie” analitiki Karl Fermanın fikrincə, – “Əgər bunu dünyadakı bütün hasilat işlərinə tətbiq etsək, əlavə təxminən yarım miyon ton əldə edərik”. Onun sözlərinə görə, bu göstəricilər gözlənilən defisit həcmindən dəfələrlə aşağıdır.

owl wide 1200 ddeccb6a70157e177ce58acd4087db5d
Foto: Taylor Weidman / Bloomberg / Getty Images

Bununla belə, ən yeni futuristik texnologiyaların tətbiqi də müzakirə mövzusudur. Məsələn, dərin filiz yataqlarına çatmaq üçün yeraltı robotlardan istifadə edilməsi. “McKinsey” konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər ki, maşın öyrənməsi texnologiyası kimi bəzi məlum, lakin geniş istifadə olunmayan üsullar 2030-cu ilin əvvəli üçün gözlənilən mis qıtlığı həcmini üstələməyə imkan verəcək.

Alimlər, öz növbəsində, mis hasilatının tamamilə yeni üsullarının mümkünlüyünə də diqqət yetirirlər. Subvulkanik duzlu sular alternativ metal mənbəyi ola bilər. Söhbət vulkanların aktivliyi zamanı onların altında toplanan mayelərdən gedir. Bu mayeləri hələ bərkiməmiş filizlərin sələfləri də adlandırmaq olar. Mütəxəssislər hesab edirlər ki, bu cür duzlu sular, demək olar, hər bir vulkanın altında var və onların işlədilməsi mümkün olarsa, gələcəkdə ənənəvi hasilatdan daha sərfəli ola bilər.

Müşahidəçilərin bir qismi yeni həll yollarının meydana çıxması və müzakirəsi fonunda gələcək mis qıtlığının qaçılmaz olacağı ilə razı deyil. Hasilat sənayesində oxşar reallaşmayan proqnoz nümunəsi məlumdur – amerikan geofiziki Kinq Habbert tərəfindən 1950-ci ildə irəli sürülən “neft piki” nəzəriyyəsi.

Onun nəzəriyyəsinə görə, ölkədə neft hasilatı maksimum həddinə artıq 1970-ci illərdə çatmalı idi. Başlanğıcda öncəgörmə, həqiqətən də, yerinə yetdi, lakin 1980-ci ildən sonra hasilat həcmi azaldı. 2000-ci illərdə isə yenidən yüksəlməyə başladı. Dəyişikliklər XX əsrin ortalarında nəzərə alınmayan yeni texnologiyaların, şist nefti hasilatının, geniş yayılması ilə mümkün olmuşdur. Bu sahədə dünyanın ən böyük şirkətlərindən olan “Freeport-McMoran”-ın idarəçilərindən biri Riçard Adkersonun fikrinə görə, “Neft piki” hadisəsindən faydalı dərs çıxarmaq olar. Elektrikləşmə dövrünün yeni nefti hesab edilən misin hasilatında da “şist inqilabı”nın  baş verə biləcəyini istisna etmək olmaz. Məsələ ancaq, onun vaxtında baş verib-verməyəcəyidir.

Paylaş

Digər yazılar

Əmtəə nişanını necə qeydiyyatdan keçirməli?

Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır.