fbpx
Skip links

Qlobal tələbatın azalması xammal məhsullarının ucuzlaşmasına səbəb olur.

Dünya Bankının proqnozlarına görə, ötən il xammalın qiymətinin 45% yüksəlməsinə baxmayaraq, cari il qiymətlər 21% azala bilər. Buna səbəb ilk növbədə dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi fonunda tələbatın azalmasıdır. Enerji məhsullarının qiymətlərindəki dəyişiklik artıq göz önündədir: cari ilin ilk rübünün nəticələrinə görə, xammal enerjinin qiymətində 20% azalma nəzərə çarpır, neftin qiymətində isə bu göstərici 8%-ə bərabərdir. Aprelin 27-i nəşr edilən ABŞ-ın ilk rüb üçün ÜDM statistikası da iqtisadiyyatın zəifləməsini qeydə alıb. Mütəxəssislər yüksək faiz dərəcələri fonunda dünyanın ən böyük iqtisadiyyatında “yumşaq resessiya”nı istisna etmirlər. Hələlik isə göstəricilər artım tempinin zəiflədiyini deməyə əsas verir.

KMO 168211 00259 2 t246 214417
Foto: Emin Cəfərov, Kommersant

Dünya üzrə xammal məhsullarının qiyməti ilk rübdə 14% azalıb. Martın sonuna isə qiymətlərdə 2022-ci ilin ən yüksək göstəricisi ilə müqayisədə 32% azalma qeydə alınmışdır ki, bu da Ukrayna müharibəsinin başlamasından sonra yaranan qiymət artımını tarazlayıb. İlin sonuna doğru qiymətlərin 21% azalması ilk növbədə dünya iqtisadiyyatının zəifləməsi, həmçinin sanksiyalarla məhdudlaşdırılan xammal təchizatının istiqamət dəyişdirməsi ilə əlaqəli olacaq. Lakin Çinin sənaye sektorunda hökm sürən daha yüksək aktivlik, geosiyasi risklər və əlverişsiz hava şəraiti xammal enerji və metalların qiymətini stabil saxlaya bilər.

Cari il enerji məhsullarının qiymətinin 26% azalma ehtimalı var. Bununla belə,  azalmanın böyük hissəsi artıq ilk rübdə baş verib (-20%). Dünya Bankının hesablamaları bunu deməyə əsas verir.

Avropa və ABŞ-da qazın qiymətinin iki dəfə azalma ehtimalı var (buna baxmayaraq, Aİ ölkələrində bu göstərici 2015-2019-cu illər aralığında qeydə alınmış ortalama qiymətdən 3 dəfə artıq olacaq), kömürün qiyməti isə 42% azalacaq. Dünya Bankının proqnozlarına görə, cari il neftin 1 barrelinin qiyməti 2022-ci il üçün orta göstərici ilə müqayisədə 16% azalaraq 84$ təşkil edəcək. 2023-cü ilin ilk rübündə bu göstərici 81$-a bərabər idi. Qeyd edək ki, OPEK+ ölkələrinin mayın əvvəlindən başlayaraq hər keçən gün hasilatı 1,1 mln barrel azaldacaqlarını elan etməsinə baxmayaraq, həftənin əvvəli Brent markalı neftin 1 barrelinin qiyməti martın sonuna olan göstərici səviyyəsinə enib (1 barreli 78$)

Ərzağın qiyməti 2022-ci ildə rekord həddə çatandan sonra cari ildə 8% enə bilər. İlk rübdə isə qiymət azalması ancaq taxılda qeydə alınmışdır (-5%). Ərzaq sektorunda qeydə alınan illik inflyasiya 20% təşkil edir ki, bu da son 20 ildə qeydə alınmış ən yüksək göstəricidir.

Gübrələrin qiymətləri enəndən sonra ərzağın qiymətinin məruz qaldığı təzyiqin də qismən zəifləmə ehtimalı var. Onların qiyməti ötən ilki 55% artımdan sonra bu il 37% enə bilər. Bununla da indeks 2021-ci ilki göstərici ilə müqayisə oluna biləcək səviyyəyə gələcək.

Dünya Bankının məlumatına görə metallurgiya məhsullarının qiymətində ilin əvvəlində qısamüddətli artım qeydə alınsa da, ardınca 8% azalma müşahidə olunacaq. Qısamüddətli qiymət artımına Çinin açılıma gedəcəyi gözləntiləri səbəb olacaq, lakin bu gözləntilər özünü tam mənada doğrultmadı.

İlk rüb ərzində ABŞ-da ÜDM-un artım dinamikası da gözləntiləri doğrultmayıb: dərc edilən məlumatlara əsasən, illik artım göstəricisi analitiklərin proqnozlaşdırdığı 2%-in əksinə 1,1% olmuşdur. Keçən ilin dördüncü rübündə bu göstərici 2,6%-ə bərabər idi.

İstehlakın 3,7% artmasına baxmayaraq, kapital qoyuluşu 0,4% azalmışdır. Yekun nəticəyə ən böyük mənfi təsiri ehtiyatların azalması göstərib. “Capital Economics”in hesablamalarına görə, FED və bankların uçot dərəcəsini qaldırması və kredit şərtlərinin pisləşməsi sərmayələrdə və “yumşaq ressesiya”da daha kəskin azalmaya gətirib çıxaracaq. Bununla belə analitiklər qeyd edirlər ki, hələlik makro göstəricilər artımın ləngiməsinindən xəbər verir, kollapsdan yox.

Statistika nəşr olunan vaxt ABŞ-ın səhm bazarında yaxud neft qiymətlərində hər hansı qısamüddətli neqativ reaksiya doğurmadı. Lakin göstərdi ki, şəxsi istehlak xərcləri indeksi (PCE), enerji daşıyıcıları və qida xərcləri istisna olmaqla, ötən ilin dördüncü rübündəki 4,4% artım göstəricisinə qarşılıq olaraq, rüb ərzində 4,9% artıb. Analitiklər hesab edirlər ki, 2023-cü ilin sonuna kimi uçot dərəcəsinin enəcəyi inandırıcı görünmür. Son iclasın protokoluna əsasən, FED özü ABŞ-da ilin sonuna qədər “yumşaq ressesiya” və illik 0,4% artım gözləyir. Bu isə iqtisadçıların və bankların qiymətləndirməsindən əhəmiyyətli dərəcədə azdır.

Paylaş

Digər yazılar

Əmtəə nişanını necə qeydiyyatdan keçirməli?

Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır.

Yeni Enerji iqtisadiyyatı

Dünya enerji böhranı yaşıl mənbələrə keçidi sürətləndirdi. Məsələ artıq iqlimdə də deyil. Enerji təhlükəsizliyinin labüdlüyü ölkələri “təmiz” enerji resurslarını inkişaf etdirməyə məcbur etdi. Bu sahə