fbpx
Skip links

Marketpleys yoxsa kompleks marketinq

Son vaxtlar marketoloqlar çevrəsində mübahisə doğuran mövzulardan biri də marketpleyslərdir. İnternetdə ticarət platformaları barədə çox saylı uğur hekayələri var ki, onları oxuyan sahibkarlar kompleks marketinqdən təmamilə imtina etmək fikrinə düşürlər.

Marketpleys və ya ticarət platforması – bir neçə fərdi satıcıya eyni zamanda satış həyata keçirmək üçün yer təqdim edən onlayn platforma.

Kompleks marketinq – auditoriya cəlb etməyin müxtəlif mənbələrindən istifadə etməklə biznesə strateji yanaşma tətbiq etməkdir. Bu zaman istifadə edilən bütün alətlər biri-birilə aləqəlidir və biri-birini tamamlayır.

Marketpleysin üstünlükləri:

  • Reklamsız alıcı trafiki. Beləki, onlayn platformalarda müntəzəm alış-veriş edən auditoriya artıq formalaşıb.
  • Onlayn mağaza saytının yaradılmasına qənaət. Sizə lazım olan ancaq məhsul kartlarını keyfiyyətli tərtib etməkdir. Bununla da işiniz bitir. Bunu dizayner və kopirayter köməyi olmadan özünüz də edə bilərsiniz.
  • Məhsulun alıcıya asanlıqla çatdırılması. Sifarişi marketpleys əməkdaşları özləri çatdıracaqlar, siz isə nəqliyyat şirkətlərində qənaət edəcəksiniz.
  • Məhsulu saxlamaq üçün anbar kirayələməyə ehtiyac qalmır. Məhsulu marketpleysin anbarında saxlayırsınız. Həm məhsulun çatdırılma müddəti qısalır, həm də siz anbar kirayəsində qənaət edirsiniz.

İlk baxışdan hər şey möhtəşəmdir, ancaq bəzi detallar var.

  • Satış şərtləri: Çatdırılma müddəti, ödənişi və məhsulun geri qaytarılması ticarət platfotmasının qaydaları ilə tənzimlənir və pozulduğu hallarda cərimələr nəzərdə tutulur. Satış öz onlayn mağazanızda aparılanda isə qaydaları özünüz təyin edirsiniz.
  • Marketpleyslər istifadəçilərin şəxsi məlumatlarına giriş vermirlər. Bu səbəbdən hədəf auditoriyasının təhlil edilməsi və inkişaf üçün məlumatların istifadə edilməsi mümkünsüz olur. Lakin internet-mağazalarda auditoriya formalaşdırmaq, onunla işləmək, endirimlər və təkliflər barəsində məlumat göndərmək, retargetinq vasitəsilə təkrar satışlar həyata keçirmək olur.
  • Alıcı ilə birbaşa təmas olmur. Buna görə də, sadiq müştəri toplusu yaratmaq və əlavə satışlar həyata keçirmək mümkün olmur. Alıcı sonuncu dəfə haradan alış-veriş etdiyini sadəcə unudur və hal-hazırda mövcud endirimlərə və sərfəli qiymətlərə köklənir.
  • Nəhəng rəqabət. Fərqlənmək və müştəri cəlb etmək çətin olur, çünki yüzlərlə satıcı təmamilə eyni məhsul təklif edir.

Əgər siz, məsələn, körpələr üçün xüsusi yun çəkmələr hörürsünüzsə, yaxud “Ali Express”dən aldığınız bijuteriyanı təkrar satırsınızsa, marketpleyslər sizin üçün yaxşı seçimdir. Lakin daha böyük planlarınız varsa, iki dəfə düşünün.

Bu yanaşmanın əksinə olaraq, kompleks marketinq büdcə daxilində əlçatan bütün internet mənbələrindən auditoriya cəlb edən strateji yanaşmanı nəzərdə tutur. Aşağıdakı hallarda internet vasitəsilə kompleks marketinq sizin seçiminiz olmalıdır:

  • Layihəniz kommersiya məqsədlidirsə;
  • Hədəf auditoriyanız aktiv internet istifadəçisidirsə;
  • Şirkətinizin saytı yarım ildən artıq fəaliyyət göstərirsə və axtarış sistemlərində indeksləşibsə;
  • Şirkətiniz artıq təşviqdən müəyyən nəticələr əldə edib. İndi isə məhsulunuz, xidmətiniz və brendiniz haqqında məlumatı internetdə yerləşdirməklə gəlirləri artırmaq istəyirsinizsə;
  • Layihəniz alıcılıq qabiliyyəti yüksək olan auditoriyaya hesablanıbsa.

Kompleks yanaşmanın xüsusiyyətləri:

  • Çoxkanallılıq. Kompleks yanaşma auditoriya cəlb etmək üçün heç nə ilə məhdudlaşmayan müxtəlif mənbələrdən istifadəni nəzərdə tutur. Məsələn, məzmun reklamı kimi ödənişli, yaxud açıq kataloqlarda və geo-servislərdə qeydiyyatdan keçmə kimi ödənişsiz üsullar. Kompleks marketinq-miksə axtarış sistemlərində, sosial şəbəkələrdə təşviq, şirkətin/brendin reputasiyasının idarə edilməsi və s. daxildir.
  • Məhsuldarlıq. Çoxsaylı müxtəlif mənbələrlə müqayisədə, İki-üç ən effektiv kanal daha yüksək nəticə verir. Saytınıza müştəri axınını təmin edən bu mənbələri tapmaq və daha da gücləndirmək üçün 10-15 potensial mənfəət gətirə bilən kanalı sınaqdan keçirmək lazımdır.
  • Vahid strategiya. Təəssüf ki, bir çox layihələr ümumi vahid strategiya olmadan inkişaf etdirilir və yalnız kiçik hədəflərə çatır. Kompleks marketinqdə fəaliyyət birliyi və yekdilliyi isə bütün iş icraçılarının qoyulan əsas məqsədlərə çatmasına zəmanət verir. Bunun üçün bütün əməkdaşlıq boyu davam edən, dəqiq iş planı olan və nəticələri proqnozlaşdırılan kompleks inkişaf strategiyası hazırlanır.
  • Qənaət. Təsəvvür edin ki, kompleks təşviqə daxil olan hər bir xidməti ayrı-ayrı şirkətlərdən sifariş edirsiniz. Optimizasiya, axtarış sistemlərində təşviq, SMM (sosial şəbəkələrdə təşviqat), SERM (reputasiyanın idarə olunması), məzmun və banner reklamları, trigger reklamı, e-mail göndərilməsi və s. Kompleks təşviqat ancaq bütün növ reklamları özündə ehtiva etmir, həm də mövsümdən, tələbatın dəyişməsindən və cari tendensiyalardan asılı olaraq müxtəlif üsulların düzgün kombinasiyasına zəmanət verir. Həmçinin, kompleks təşviqat daha az vəsait tələb edir, nəinki hər bir xidmət ayrı-ayrılıqda.

Lakin əgər şirkətiniz böyük müştəri axınına hazır deyilsə, kompleks yanaşma ilə əldə olunan sürətli artım tempi daha çox problem yaradar və sonda şirkətin fəaliyyəti dayandırması ilə nəticələnər. Kompleks marketinq digər təşviqat metodlarından öz gücü və sürətli təsir effektinə görə köklü şəkildə fərqlənir. Bu səbəbdən şirkətiniz üçün kompleks inkişaf yolunu seçirsinizsə, marketinq fəaliyyətini mütəxəssislərin öhdəsinə buraxmalısınız.

Paylaş

Digər yazılar