fbpx
Skip links

Avropa Yenidənqurma və İnkişaf Bankının illik iclası öz işinə başlayıb

May ayının 16-sı Qazaxıstanın Səmərqənd şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının növbəti illik iclası keçirilib.

Özbəkistanın Sərmayə, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müzakirələrin mövzusu “Sərmayə və həyat qabiliyyəti” olacaq.

Tədbirdə iştirak etmək üçün 73 ölkədən 2 mindən çox nümayəndə, həmçinin transmilli şirkətlərin, beynəlxalq bank və maliyyə institutlarının başçıları, iqtisadiyyat, sərmayə və texnologiya sahələrinin mütəxəssisləri və dünyanın aparıcı KİV-ləri artıq Mərkəzi Asiya ölkəsinə toplaşıblar.

İclasın gündəliyində duran əsas məsələlər beynəlxalq ticarət, bərpa olunan enerji mənbələrinin inkişafı, orta və kiçik biznesə dəstək, bazarın genişlənməsini qarşıya məqsəd qoyan rəqəmsallaşma, AYİB-in “Yaşıl şəhərlər” proqramının həyata keçirilməsi, həmçinin regional iqtisadiyyatın perspektivləridir.

İclasın gedişatında sərmayə qoyuluşu ilə bağlı razılaşmaların və müqavilələrin imzalanması planlaşdırılır.

Paylaş

Digər yazılar

Uyğunluq sertifikatı nədir?

Uyğunluq sertifikatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhsulların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı verilir. Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə