fbpx
Skip links

İş müsahibələrində hansı səhvlər edilir?

İşaxtaran şəxslər üçün iş müsahibələri öz potensial bilik və bacarıqlarının işəgötürənə təqdim edilməsi və real iş imkanının əldə edilməsi baxımından çox önəmlidir. İşaxtaran şəxsin bu iş müsahibəsinə dəvət alması isə hansı dərəcədə effektiv hazırlanmış CV-dən asılıdır. Çünki, müsahibə mərhələsinə qədər insan resursları mütəxəssisi namizədi birbaşa tanımır, onun axtarılan profilə uyğun olub-olmadığı namizədin CV-də qeyd ertdiyi məlumatlar əsasında bəlli olur.

Əgər siz müsahibəyə dəvət edilmisinizsə, deməli bir addım öndəsiniz. Müsahibə mərhələsində özünü təqdimat bacarıqları çox önəmlidir. Bu bacarıqlar sayəsində, namizəd insan resurları mütəxəssində xoş təəssürat oyada bilər ki, bu da namizədin seçim şansını artırır.

Bu yazımda namizədlərin iş müsahibələrində etdikləri səhvlərdən bəhs edəcəm. İş müsahibələrinə hazırlıq üçün bunları mütləq edin.

CV-də qeyd etdiyi məlumatlar haqqında məlumatlı olmamaqları.

Bəzən CV-də qeyd edilmiş məlumatları dəqiqləşdirmək istədikdə namizədin bu haqda məlumatlı olmadığı görünür ki, bu da işəgötürəndə həmin məlumatın doğruluğuna şübhə yaradır.

Müsahibəyə gecikmək

Müsahibə yerinə müsahibdən bir neçə dəqiqə öncə çatmaq lazımdır. Müsahibə yerinə tez çatmağınız sizin işə nə dərəcədə məsuliyyətlə yanaşdığınıza işarədir. Eyni zamanda, bu, sizə müsahibədə həyəcanlı olmamamağa kömək edəcək. Bunun əksi olaraq, müsahibəyə gecikmək sizin haqqınızda mənfi rəy formalaşdıracaq. Sizin işə də gecikən bir işçi olacağınıza və verilmiş son möhlətlərə riayət etməyəcəyinizə əsas yaradacaqdır. Əlbəttə, gözlənilməz hallar hər kəsin başına gələ bilər. Bu hallarda, mütləq formada öncədən məlumatlandırmaq lazımdır. Əgər həqiqətən üzrlü haldırsa, bu hal nəzərə alınacaqdır.

Həyəcanlı olmaq və ya çox arxayın olmaq

Bəzən namizəd ən sadə özünü təqdimetmədə belə həyəcan nümayiş etdirir. Təbii ki, müəyyən qədər də bu nomraldır. Çünki, işi qazanmaq istəyi ona həyəcan verir. Bəzən isə bunun əksi olaraq namizəd özünü həddən artıq arxayın və rahat aparır ki, bu da xoş bir hal deyildir. Balansı tutmaq lazımdır. Həyəcanlanmamaq və çox da rahat olmamamaq lazımdır.

Uyğun olmayan geyim və xarici görünüş

Geyim, ümumiyyətlə insan haqqında qarşı tərəfdə rəy formalaşması baxımından çox önəmlidir. Müsahibəyə gündəlik geyimdə və sadə formada getməyiniz müraciət etdiyiniz vəzifənin sizin üçün o qədər də əhəmiyyətli olmaması mənasını verir. Müsahibəyə işgüzar tərzdə geyinin. Bu zaman sizi daha ciddi namizəd kimi qəbul edəcəklər. Çox parlaq rənglər və uyğun olmayan aksesuarlar yaxşı qarşılanan hal deyil. Saç və saqqal baxımlı olmalı və sizin müsahibəyə hazırlaşdığınız bəlli olmalıdır.

Müraciət edilən işin və müəssisənin araşdırılmaması

Namizədlərin əksəriyyəti müraciət etdikləri işin öhdəlikləri və ümumiyyətlə şirkətin hansı işlə məşğul olduğunu araşdırmır. Ola bilsin ki, bu hər zaman sizdən soruşulmasın, amma soruşularsa bu haqda bilməməyiniz normal hal deyil. Çünki, insanın çalışmaq istədiyi yerin nə işlə məşğul olduğunu bilməməsi onun haqqında fərqli fikir formalaşdırır.

Bədən dilindən istifadə etməmək.

Bədən dili, yəni mimika və jestlər insanın fikrini danışmaq istədiyi sözlərdən daha yaxşı ifadə edər. Ona görə də, hərəkətsiz vəziyyətdə danışmaq əvəzinə söz və fikirlərinizi daha dolğun çatdırmaq üçün uyğun mimika və jestlərdən istifadə etməyiniz sizi daha axtarılan namizəd edər.

Namizəd tərəfindən verilən suallar

Əksər müsahibələrdə namizədlərə sualının olub-olmaması soruşulur. Bu, müsahibə prosesinin ən önəmli hissələrindən biridir. Burda, verəcəyiniz uyğun olmayan bir sual sizin haqqınızda formalaşmış müsbət fikri asanlıqla dəyişdirə bilər. Bu hissədə yalnız, sizin seçim şansınıza müsbət təsir göstərəcək sualların verilməsi  tövsiyyə olunur.

Vakansiya elanını tam oxumamaq

Əksər namizədlərin müsahibə zamanı verdiyi suallardan biri də əmək haqqının məbləğidir. İstər, əmək haqqının məbləği istərsə də digər məlumatların vakansiya elanında olmasına baxmayaraq təkrarən soruşulması ya elanın tam oxunulmamasına, ya da birdən yalan olar düşüncəsi ilə yenidən dəqiqləşdirmək istəyinə işarədir ki, bunların heç biri müsbət hal deyildir.

Paylaş

Digər yazılar