fbpx
Skip links

Geotermal enerji nədir?

p09dw7wq
İslandiyanın Qrindavik şəhərində yerləşən geotermal elektrik stansiyası

Geotermal enerji yerin dərinliklərindən gələn istilikdir. Geo yer deməkdir, termal isə isti.

Bu istilik sonsuz bərpaolunan enerji mənbəyi ola bilər, çünki tükənməzdir.

Yerin altından qalxan isti su və buxar külək dəyirmanlarının turbinlərini hərəkətə gətirməklə elektrik hasil edə və ya evləri evləri birbaşa isidə bilər. Bu geotermal enerji adlanır.

Geotermal enerjinin işləmə prinsipi necədir?

Yer səthindən dərində mantiya yerləşir. Mantiyadan qalxan istilik yer qabığına çatır. Yer qabığının nazik olduğu yerlərdə bu istilik yerin üst qatlarına qədər çata bilir.

O, yeraltı göllərdə və hovuzlarda toplanan suların isinməsinə səbəb olur. Geotermal zavodlarsa bu isti suları elektrik enerjisi hasil etmək üçün istifadə edirlər.

  1. Torpaq qazılaraq yeraltı su ehtiyatlarına boru salınır.
  2. Su çox isti olduğundan buxar əmələ gəlir. O, borularla yer üzünə qalxaraq turbinlərin pərlərini hərəkətə gətirmək üçün istifadə olunur.
  3. Turbinlər isə öz növbəsində generatorları işə salmaqla evləri və müəssisələri eletrik enerjisi ilə təmin edir.
  4. Bunun ən yaxşı tərəfi isə ondadır ki, buxar turbinləri hərəkətə gətirdikdən sonra soyudula və yenidən suya kondensasiya edilə bilər.
  5. Soyuq su nasos vasitəsilə yeraltı hovuzlara axıdıla, orada isidilə və yenidən istifadə edilə bilər.
large
Yerin dərinliklərində buxara çevrilən soyuq su yenidən yer səthinə qalxır və elektrik enerjisi hasil etmək üçün turbinləri hərəkətə gətirir

Yerləşmə faktorları

Geotermal enerji yer qabığının nazik olduğu yerlərdə daha effektiv hasil edilir.

Bu adətən müxtəlif tektonik plitələrin arasında yerləşən qırılma xətləridir.

Onlara ABŞ-ın qərbində Sakit Okean plitəsi ilə Şimali Amerika plitəsinin toqquşduğu yer də daxil olmaqla Odlu Qüvsün üzərində yerləşən bir çox ərazilər daxildir. Bu cür yerlər İndoneziya, Yeni Zelandiya və Yaponiyada da mövcuddur.

large 1
Vulkanik aktivliyi yüksək olan, yer qabığının nazikliyi ilə fərqlənən və tektonik plitələrin qovuşduğu ərazilərdə geotermal enerji mənbələrindən istifadə daha asandır

Geotermal enerji istifadəsində İslandiya təcrübəsi

İslandiya tektonik plitələrin bir araya gəldiyi Orta Atlantika Silsiləsinin üzərində yerləşir. Bu ölkə hasil etdiyi elektrik enerjisinin dörddə birindən çoxunu geotermal mənbələrdən əldə edir.

Geotermal enerji mənbələri yer səthinə yaxın yerləşdiyindən və əlçatan olduğundan istilik elektrik hasilatından başqa digər sahələrdə də istifadə olunur.

Paytaxt Reykyavikdə bəzi geotermal mənbələr yolların, səkilərin və avtoparkların altı ilə çəkilən boruları isti su ilə təmin edir. Bu, qarı əritməklə və yolları təmiz saxlamaqla yanaşı, şaxtalı havalarda piyadalar üçün də komfortlu şərait yaradır.

Geotermal enerjinin mümkün istifadə sahələrindən biri də kənd təsərrüfatındır. Qış aylarında aşağı temperatura baxmayaraq, pomidor, xiyar, kahı kimi tərəvəzlər istixanaların birbaşa isidilməsi və işıqlandırılmasında geotermal enerjidən istifadə edilərək becərilir.

Geotermal isti su nasosları

Etiraf etmək lazımdır ki, bir sıra dövlətlərə dərin qazıntı işləri apararaq geotermal enerjidən elektrik enerjisi hasil etmək üçün istifadə edilməsi iqtisadi cəhətdən sərfəli deyil. Lakin ondan birbaşa istilik əldə edilməsində istifadə edilə bilər.

Misalçün, Şotlandiyada həyata keçirilən iki layihə tərk edilmiş mədənlərdə toplanan sulardan evləri isitmək üçün istifadə edilməsini nəzərdə tutur.

Yeraltı su nasosları fərdi evlər və ya binaların mərkəzi istilik sistemini təmin etmək üçün elektriklə yaxud qazla işləyən kombilərə alternativ ola bilər.

Bir çox yerlatı su nasosları 2 metr və daha artıq dərinliyə şaquli basdırılmış borulardan istifadə edir. Bu borular vasitəsilə əldə olunan maye yerin öz istisi hesabına qızmış olur.

  • Maye sıxılır ki, bu da onun temperaturunun yüksəlməsinə gətirib çıxarır.
  • İstilik mübadiləsi nəticəsində mərkəzi istilik sistemindəki su qızır, həmçinin binalar isti su ilə təmin edilir.
  • Yeraltı su nasosları aşağı temperaturlarda işlədiklərindən binaların effektiv fəaliyyət göstərməsi üçün yaxşı izolyasiya olunmaları və yelçəkəndən qorunmaları lazımdır.

Geotermal enerjinin dayanıqlı inkişafı

Dayanıqlı inkişafa nail olmaq üçün bugünkü ehtiyacları qarşılamaq barədə düşünmək və gələcək üçün ətraf mühiti və resursları qorumaq gərəkdir.

Geotermal elektrik stansiyalarının yanacaq sərfiyyatı yüksək olmadığından, istixanaların qaz emissiyası aşağı səviyyəli olaraq qalır. Onlar təbiətə ancaq kiçik həcmdə karbon dioksid və kükürd turşusu xaric edirlər. Kükürd turşusu turşu yağışı da daxil olmaqla ətraf mühitin çirklənməsinə səbəb olur. Lakin Geotermal stansiyalar kükürd turşusununn xaric edilməsini aradan qaldıra bilər və bununla da onun atmosferə təsirləri sıfıra endirilər.

Geotermal stansiyaların və isitmə sistemlərinin suyu yeraltı hövzələrə geri axıtdığı müddətcə bu sudan istifadə edilmir. Bu o deməkdir ki, bu hövzələrin yenilənəbilənliyi və dayanıqlılığı təmin edilir.

Geotermal enerjinin üstünlükləri və zəif tərəfləri

Üstünlükləri:

  • Geotermal enerji yenilənəbiləndir. Bu xassəsinə görə o günəş enerjisinə bənzəyir və tükətməzdir.
  • Onun ətraf mühitə mənfi təsiri minimumdur. Atmosferə buraxılan istixana qazlarının həcmi çox aşağı səviyyədədir.
  • Geotermal elektrik mənbələri daha etibarlıdır. Geotermal zavodlarda hasil edilən elektrik enerjisinin həcmini dəyişkən hava şəraitindən asılı olan külək, su və günəş enerjilərindən fərqli olaraq asanlıqla proqnozlaşdırmaq və idarə etmək mümkündür.
  • O, evlərin, iş yerlərinin və istixanaların isidilməsində birbaşa istifadə oluna bilər.

Zəif tərəfləri

  • Dünya üzrə böyük həcmli geotermal enerji mənbələri azdır və vulkanik aktiv bölgələrdə cəmləşiblər.
  • Geotermal enerji stansiyalarının tikintisi böyük vəsait tələb edir.
  • Ətraf mühitə kiçik həcmli də olsa, karbon dioksid və kükürd turşusu buraxılır. Çirklənmənin qarşısının alınması üçün onları təmizləmək lazımdır.
  • Yeraltı su nasosları ancaq yaxşı izolyasiya olunmuş və yelçəkəndən qorunan binalarda effektiv fəaliyyət göstərir.

Paylaş

Digər yazılar

Nə vaxt robotlar ev işlərini öz üzərinə götürəcək?

Özünüzə bacardığınız qədər böyük bir məhsul bazarı təsəvvür edin. Bu bazarda nə satılacaq? Mobil telefonlar? Avtomobillər? Yoxsa daşınmaz əmlak? Şübhəsiz, sadaladıqlarımızın hər biri nəhəng bazarlardır.