fbpx
Skip links

“BERC Group” yeni əməkdaşlığa başladı

Dövlət Məşğulluq Agentliyi“BERC Group” şirkəti ixtisaslaşma yönümlü layihəyə başlamışdır. Layihənin məqsədi mühasibat və insan resursları sahəsində ixtisaslaşmaq istəyən şəxslərə nəzəri və praktik biliklərin verilməsi və işlə təmin olunma dəstəyi verməkdir. Əməkdaşlıq çərçivəsində “BERC Group” şirkətində mühasib, əməliyyatçı-mühasib və insan resursları üzrə mütəxəssis vəzifəsinə ödənişsiz peşə hazırlıq kursları təşkil olunacaqdır.

Nəzərinizə çatdıraq ki ,bu kurslar Dövlət Məşğulluq Agentliyinin vəsaiti hesabına 3 ay ərzində keçiriləcək və iştirakçılara minimum əməkhaqqı məbləğində təqaüd təyin olunacaqdır. Kursu müvəfəqiyyətlə bitirənlərə “BERC Group” şirkəti tərəfindən sertifikat və işlə təmin olunmaları üçün təminat veriləcək

Paylaş

Digər yazılar