fbpx
Skip links

BVF dünya iqtisadiyyatının parçalanmasının 5 ssenarisini təqdim edir

Qlobal iqtisadiyyatın bir-biri ilə rəqabət aparan bloklara bölünməsi dünya üzrə ÜDM-i 0,3%-2,3% azalda bilər. Proses bölünmənin nə qədər köklü olacağından asılı olaraq önümüzə gələn 7-10 il davam edəcək. Ən az inkişaf etmiş ölkələrdə bu göstərici ikirəqəmli ola bilər. Bu haqda proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) “Xammal məhsulları nəzərə alınmaqla beynəlxalq ticarətin fraqmentasiyası” adlı hesabatında yer alıb.

original

BVF mütəxəssisləri fraqmentasiyanın 5 ssenaridən biri üzrə gedəcəyi fikrindədirlər. Bunlardan “strateji bölünmə” və “geoiqtisadi bölünmə” ən ehtimal olunan ssenarilərdir. Əlavə 3 ssenari isə enerji resursları, yüksək texnoloji məhsullar və ya kənd təsərrüfatı məhsulları ilə ticarətə ağır məhdudiyyətlər qoyularsa reallaşacaqdır. Fondda əsasən ilk 2 ssenari nəzərdən keçirilir. Digərlərinin həyata keçmə ehtimalı yüksək qiymətləndirilmir.

Dünyanın böyük iqtisadiyyatlarının özünütəcrid vəziyyətinə yaxud avtarkiyaya keçməsi az inkişaf etmiş ölkələrdə ÜDM-in azalmasını 2 dəfə sürətləndirəcək, inkişaf etmiş və inkişafda olan ölkələrdə isə ÜDM-in azalması uyğun olaraq 4% və 25% sürətlənəcəkdir.

Analitiklər müxtəlif ölkələrdə uzun vədədə (tam adaptasiyaya 7-10 il lazım olacaq) və yaxın vədədə (2-3 il) ÜDM-in azalmasını ticarətin elastikliyi anlayışına əsaslanaraq qiymətləndirirlər. Buradan da belə nəticəyə gəlmək olur ki, azalmanın gücü təmamilə bölünmənin miqyasından asılı olacaqdır.

Ən köklü geoiqtisadi parçalanma Aİ – ABŞ və Rusiya – Çin arasında ticarətin təmamilə dayandırılması və üçüncü dövlətlərin bu və ya digər alyansa qoşulmasını nəzərdə tutur. Bu halda ən az inkişaf etmiş ölkələr güclü təzyiq altına düşəcəklər. BVF-də hesab edirlər ki, bu ssenari baş verərsə, onlar yaxın vədədə 10,8%, uzun vədədə isə 4,3% ÜDM itirəcəklər. İnkişaf etmiş və inkişafda olan ölkələr yaxın vədədə 4,2% və 5,2%, uzun vədədə isə 2,1% və 2,5% ÜDM itirəcəklər.

Strateji bölünmə ssenarisi Avropa və ABŞ-ın Rusiya ilə əlaqələrinin təmamilə kəsilməsini, həmçinin Çin ilə yüksək texnologiya sahəsində ticarətinin dayandırılmasını nəzərdə tutur. Bu ehtimal gerçəkləşərsə bütün digər ölkələr “fraqment” iştirakçıları ilə azad biznes qura biləcəklər. İnkişaf etmiş və inkişafda olan ölkələrin iqtisadiyyatı yaxın vədədə 0,7% və 0,8%, uzun vədədə isə 0,3% azalacaq. Ən az inkişaf etmiş ölkələrin ÜDM-i isə 10 il müddətində 0,1% artım nümayiş etdirəcək.

Əlavə üç proqnoz da müəyyən məhsullara ciddi məhdudiyyət qoyulmasını nəzərdə tutur. Bu proqnozlarda mütəxəssislər məhdudiyyətlərin hər ölkə qrupuna müxtəlif təsir səviyyələrini göstərirlər.

Enerji resurslarına yaradılan maneələr ssenarisi inkişafda olan ölkələr üçün daha ağrılı olacaq. Onların itkisi gələn 2-3 il ərzində ÜDM-in 10,1%-ni təşkil edəcək. Bu proqnoz həmçinin ümumdünya inkişafı baxımından ən ziyanlı olaraq qiymətləndirilir: Bu halda qlobal ÜDM yaxın vədədə 10% azalacaq. Yüksək texnologiya məhsullarına məhdudiyyət qoyulması ən çox inkişaf etmiş iqtisadiyyatlara ziyan vuracaq. Onların itikisi 2-3 il ərzində ÜDM-in 11%-i miqyasında olacaq. Kənd təsərrüfatı məhsullarına tətbiq olunan məhdudiyyətlər ən az inkişaf etmiş ölkələr üçün faciə ilə nəticələnəcək. Onlar 2-3 il müddətində ÜDM-ın 30%-dən çoxunu itirəcəklər.

Paylaş

Digər yazılar