fbpx
Skip links

Avrozona ölkələrində iqtisadiyyatın artımı 0,1% olub

Avropa İttifaqının (Aİ) Statistika İdarəsi “Eurostat” 2022-ci ilin dördüncü rübü üçün əsas iqtisadi göstəricilərə dair ilkin məlumatları açıqlayıb. Açıqlamaya əsasən, 19 avrozona ölkəsinin ümumi daxili məhsulu (ÜDM) üçüncü rüblə müqayisədə 0,1% artıb. Bu rəqəm son rüb üçün ÜDM-in 0,1% azalacağını proqnozlaşdıran “Trading Economics” analitiklərinin proqnozu ilə ziddiyyət təşkil edir.

Dördüncü rübdə ÜDM-in 0,1%-lik artım tempi 2021-ci ilin birinci rübündən bəri ən aşağı göstərici olub. Ekspertlərin rəyinə görə, bu, yüksək inflyasiyanın təzyiqi (2022-ci ilin dekabrında 9,2%), eləcə də artan tələb və biznes kreditlərinin bahalılığı ilə bağlıdır.

“Eurostat”ın məlumatında bildirilir ki, ÜDM-də daha böyük artım tempi göstərən ölkələr İrlandiya (2022-ci ilin dördüncü rübündə 3,5%), İspaniya (0,2%) və Fransa (0,1%) olub. ÜDM-in daha çox azaldığı ölkələr isə İsveç (-0,6%), Çexiya (-0,3%) və Almaniyadır (-0,2%).

Trading Economics”in mütəxəssislərinin hazırladığı ekonometrik modellərə görə, avrozonada ÜDM-in artım tempi 2024-cü ildə təxminən 0,3%, 2025-ci ildə isə 0,4% olacaq.

Paylaş

Digər yazılar