fbpx
Skip links

Banklar depozitlər üzrə 459 milyon manat faiz ödəyib

Ötən il Azərbaycan banklar depozitlər üzrə 459 milyon manat məbləğində faizlər ödəyiblər.

Depozitlər üzrə ödənilmiş faizlər 2021-ci illə müqayisədə 2022-ci ildə 96,7 milyon manat və ya 26,7% artıb. 2021-ci ildə banklar depozitlər üzrə 362,3 milyon manat məbləğində faizlər ödəmişdilər. 2019 və 2020-ci illərdə bu məbləğ müvafiq olaraq 372,4 milyon manat və 312,9 milyon manat təşkil etmişdi.

O cümlədən, 2022-ci ildə banklar müddətli depozitlər (əmanətlər) üzrə 418,7 milyon manat məbləğində faizlər ödəyiblər ki, bu da 2021-ci illə müqayisədə 69,2 milyon manat və ya 19,8% çoxdur. 2021-ci ildə banklar müddətli depozitlər üzrə 349,5 milyon manat məbləğində faizlər ödəmişdilər.

Paylaş

Digər yazılar