fbpx
Skip links

Uğurlu marketinq strategiyalarında kopiraytinqin rolu

Kopiraytinq ancaq ənənəvi mənada reklam yaxud satan mətnlərin yazılması deyil. Hər hansı bir məhsulu, xidməti, ideyanı və ya insanı birbaşa və ya dolayısı ilə reklam edən və ya populyarlaşdıran bütün mətnlər reklam və təqdimat hesab olunur.

Günümüzdə marketinq sahəsində kopiraytinqin hədəfləri brendi yaxud xidməti yaxşı tərəfdən göstərməklə sayta yeni istifadəçilər cəlb etmək, konversiyanı artırmaq və nəticə olaraq müştərini məhsul əldə etməyə təşviq etməkdir.

Ümumilikdə, kopiraytinq marketinq strategiyasının vacib elementi olmaqla bütün qayda-qanunlarına riayət edildikdə şirkətin müsbət imicinin yaradılmasına böyük töhfə verir və loyal müştərilər formalaşdırır.

Kopiraytinq vasitəsilə marketinq strategiyasını təkmilləşdirməyin üsulları:

Bütün mütəxəssis sahələri kimi kopiraytinq təməl prinsiplərə malikdir. Bu prinsiplərə əməl edilmədikdə əldə edə biləcəyiniz yeganə şey ancaq çox xərc tələb edən müştərilər, tükənmiş büdcə, brendə yaxud xidmətə skeptik yanaşma olacaqdır.

Marketinqdə yazıçıların istifadə etdikləri lakin reklam üçün gərəksiz olan iri həcmli fəlsəfi fikirlərə, haşiyə çıxmalara və fikir axınına yer yoxdur.

Satan mətn insanı düşüncələrə deyil, hərəkətə həvəsləndirməlidir. Müştəri ancaq onun üçün hər şey aydın olanda hərəkətə keçir.

Effektiv reklam təklifinin açar prinsipləri:

  • Bir ideya üzərində vurğu etmək;
  • Bir əsas hissi stimullaşdırmaq;
  • Bir hekayə danışmaq;
  • Potensial müştərini bir cavaba yönləndirmək;

Satan mətni təkmilləşdirməyin üsulları:

Uğurlu satan mətnin strukturu 4P’s adlandırılan 4 elementi özündə ehtiva edir:

  • Promise (vəd) – Verilən vədləri dəqiq ifadə etmək. Ancaq açar prinsipləri unutmayın və çox vəd verməyin.
  • Picture (təsvir) – Məhsulunuzun yaxud xidmətinizin üstünlüklərini vizuallaşdırın.
  • Proof (sübut) – Verdiyiniz vədlər etibarlı və yerinə yetiriləbilən olmalıdır. Bu isə o deməkdir ki, inandırıcı sübutlar gətirməlisiniz. Məsələn: mətnə statistik faktlar, sitatlar və digər dəqiqləşdirilmiş məlumatlar əlavə edin. Rəylər dolğun olmalı və əsas üstünlükləri təsvir etməlidir. Məhsulunuzu digərləri ilə müqayisə edin və diqqəti üstünlüklərə cəlb edin.
  • Push (təşviq) – Hərəkətə təşviq etmək. Buna məhsulun həll etməli olduğu problemin təcili olduğunu xatırlatmaqla və bunun üçün müştərinin nə etməli olduğunu (sorğu göndərmək, zəng etmək və s.) göstərməklə nail olunur. Ardınca isə müştərinin nə üçün problemi məhz indi həll etməli olduğunun səbəblərini izah etməlisiniz.

Bunun üçün aşağıdakı metodlardan istifadə edilir:

  • Xüsusi təklif. Endirimlər, aksiyalar, pulsuz çatdırılmalar və alış zamanı qazanılan bonuslar.
  • Məhsulun məhdud sayda olması. Məhsuldan az qaldığını, lazım gələrsə dəqiq sayını deyin.
  • Müvəqqəti məhdudiyyətlər. Qeyd edin ki, bir müddət sonra alış şərtləri daha az sərfəli olacaq.
  • Sadəlik. Alış-veriş müqaviləsinin asan və rahat bağlandığını qeyd edin.

Ən sonda müştərini sığorta öhdəliklərində və problem yaranacağı təqdirdə  əlaqə yaratmaqla lazımi dəstək göstəriləcəyinə əmin edin və onu qeyri-müəyyənlik hissindən azad edin.

Nəticə:

Kopirayter qarşısında duran əsas məqsəd inandırmaq və satmaqdır. Kopirayter satıcıdır, yazıçı deyil. Kopiraytinq isə marketinq alətidir, incəsənət deyil. Bu işdə ilham gəlməsə də olar. Lazım olan gərgin iş, məsələnin öyrənilməsi və ciddi tədqiqatdır.

Əsas strategiya ağılda plan və taktikanı qurmaq, daha sonra isə onu mətn formasına gətirməkdən ibarətdir.

Paylaş

Digər yazılar

Yeni dövlət standartları qəbul edildi

2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin

Uyğunluq sertifikatı nədir?

Uyğunluq sertifikatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhsulların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı verilir. Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə