fbpx
Skip links

Uyğunluq sertifikatı nədir?

Uyğunluq sertifikatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhsulların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı verilir.

Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq edilir.

Eyni zamanda bu cür faktlar aşkar edildiyi təqdirdə, uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılır və onların satış həyata keçirməsinə məhdudiyyət qoyulur.

Paylaş

Digər yazılar

Brend və Brendinq. Fərqləri nədir?

Bəzən yanlış olaraq brend və brendinq terminlərini eyniləşdirirlər. Brend deyərkən hədəf auditoriyasının əmtəə nişanını qavraması zamanı yaranan funksional, qrafik, emosional və digər assosiasiyaların vəhdəti başa