fbpx
Skip links

Süni intellekt G7 ölkələrinin görüşündə müzakirə mövzusudur

G7 ölkələrinin rəqəmsal və texnologiya nazirləri fikir mübadiləsi aparmaq üçün 2023-cü il may ayının 29-da Yaponiyanın Takasaki şəhərində toplanıblar.

Bir sıra beynəlxalq və qlobal məsələlərin müzakirə edildiyi görüşdə əsas mövzulardan biri də süni intellekt olub.

Nazirlər süni intellekt texnologiyasından istifadənin 5 prinsipi ilə bağlı razılığa gəliblər.

  1. Qanunun aliliyi;
  2. Qanunla nəzərdə tutulan prosedurlara riayət etmək;
  3. Yaranan imkanlardan yenilik gətirmək üçün istifadə etmək;
  4. Demokratiya;
  5. İnsan hüquqlarına hörmət.

“Biz süni intellektdən demokratik dəyərləri sarsıdan, söz azadlığını məhdudlaşdıran və insan haqlarına təhlükə yaradan sui-istifadə hallarına qarşı çıxırıq”.

G7 ölkələrinin tədqiqat apardığı əsas istiqamətlər sırasında süni intellektdən zərərli istifadə üsullarının qarşısını almaq da var. Bunlar Aİ texnologiyalarından, xüsusən  ChatGPT, istifadə etməklə qərəzli məlumatların və dezinformasiyaların yayılması və müəllif hüquqlarının pozulmasıdır.

Mart ayının sonunda İtaliya öz ərazisində ChatGPT-ə girişi məhdudlaşdıran ilk ölkə oldu. Lakin bu həftə “OPENAI” şirkətinin istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı tələbləri yerinə yetirməsindən sonra İtaliya höküməti qadağanı aradan qaldırdı.

Görüşdə müzakirə olunan daha bir mühüm məsələ sualtı kabel şəbəkəsinin inkişafı və təhlükəsizliyidir.

Bu qərarın verilməsi infrastrukturun təbii fəlakətlər və konfliktlər zamanı həssaslığı ilə əlaqədardır.

Süni intellekt və sualtı kabel şəbəkəsi ilə yanaşı inkişafda olan ölkələrin rəqəmsal infrastrukturunun dəstəklənməsi, kiberhücumlara qarşı müqavimət tədbirləri, məlumatların internet şəbəkəsi vasitəsilə etibarlı və azad yayılmasının təmin edilməsi, 6G növbəti nəsil yüksəksürətli rabitə texnologiyasının tətbiq edilməsi, enerji sərfiyyatının azaldılması da müzakirə edilən mövzular sırasında idilər.

Paylaş

Digər yazılar