fbpx
Skip links

Bu vergi güzəştinin müddəti başa çatdı

Fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Qeyd olunan güzəştin müddətinin cari il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bununla yanaşı qeyd olunub ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 2023-cü il fevralın 1-dək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız fevralın 1-dən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Eyni zamanda, qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Paylaş

Digər yazılar

Satan mətni daha səlis etməyin yolları

Yazı bacarıqlarını təkmilləşdirmək təcrübəsindən asılı olmayaraq hamının görməli olduğu işdir. Bu məqalədə öz səhvlərinizi görməyi öyrənəcək və fikirlərinizi daha səlis izah etmək bacarığına yiyələnəcəksiniz. Yeni

Avrozona ölkələrində iqtisadiyyatın artımı 0,1% olub

Avropa İttifaqının (Aİ) Statistika İdarəsi “Eurostat” 2022-ci ilin dördüncü rübü üçün əsas iqtisadi göstəricilərə dair ilkin məlumatları açıqlayıb. Açıqlamaya əsasən, 19 avrozona ölkəsinin ümumi daxili