fbpx
Skip links

Mühasibat işləri üzrə

  • Bütün mühasibat əməliyyatlarının uçotu və qeydiyyatı,
  • Anbar uçotunun və hesabatının hazırlanması və inventarizasiyasının aparılması,
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin köhnəlməsi üzrə uçotunun və inventarizasiyasının aparılması,
  • YGB-lər üzrə idxal edilən, daxili bazardan alınan malların maya dəyərinin və satış qiymətinin formalaşdırılması,
  • Xarici avans ödənişlərinin idxalla bağlanılmasına nəzarət edilməsi,
  • Təhvil-qəbul aktı, forma 2, forma 3 və hesab-fakturaların yazılması,
  • Elektron qaimələrin göndərilməsi,
  • Bank ödəniş tapşırıqlarının yazılması,
  • Debitor və kreditorlarla üzləşdirmə aktlarının hazırlanması,
  • Bütün növ aylıq, rüblük və illik Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi,
  • Hesablanmış əmək haqqına görə rüblük Vahid Bəyannamələrinin təqdim edilməsi,
  • Aylıq, rüblük, illik Statistika hesabatların hazırlanması və təqdim edilməsi,
  • Vergi kameral yoxlamalarına nəzarət edilməsi və cavablandırılması.