Məktəbdən İş Dünyasına!
«BERC Academy» olaraq, sizə keyfiyyətli, milli və beynəlxalq standartlara uyğun nəticəyönümlü təhsil və eyni zamanda əmək bazarına inteqrasiya vəd edirik.
Peşə və kadr hazırlığı
Dövlət Məşğulluq Agentliyi ilə birgə həyata keçirdiyimiz layihələr çərçivəsində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasını və bu kadrların uğurlu məşğulluğuna dəstək göstərilməsini təmin edirik.
Xüsusi proqramlar əsasında mühasibat uçotu, vergi uçotu, insan resursları idarəçiliyi, rəqəmsal marketinq və qrafik dizayn kimi sahələrdə təlimlər keçiririk. Bu təlimlər nəzəri-praktik dərslər və real iş təcrübəsindən ibarət olmaqla, iştirakçıların peşəkar biliklərini və bacarıqlarını artırır.
Kadr Uçotu və İnsan Resursların İdarəedilməsi üzrə xidmətləri
İşçi heyətinin seçimi və işə qəbulu xidmətləri (recruitment)
Müəssisələrdən gələn müraciətlərə əsasən vəzifələrə uyğun elanların hazırlanması, həmin elanların müvafiq saytlarda yerləşdirilməsi, verilmiş elanlara əsasən CV-lərin toplanması, filtirlənməsi, onların imtahan edilməsi və müsahibə edilməsi, müəssisələrdən gələn müraciətlər əsasında kadr ehtiyaclarının bazamızda olan ixtisaslı kadrlarla təminatı