fbpx
Skip links

Mediasiya xidmətləri

“Medisasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mediasiya mülki və iqtiasdi (kommersiya), ailə münasibətləri, əmək münasibətləri, inzibati hüquq münasibətləri üzrə irəli gələn mübahisələrdə tətbiq edilir. İqtisadi, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etmədən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək tələb olunur. Mediator bitərəf olan, neytral üçüncü şəxsdir. Bu, tərəflərə eyni zamanda mübahisələrin məhkəməyə müraciət etmədən daha ucuz məsrəflərlə həllinə şərait yaradır. Mediator mübahisə üzrə tərəflər arasında anlaşmazlığı aradan qaldırmağa və ya onların razılığa gəlməsinə köməklik edir. Mediasiya zamanı qərar tərəflərin razılığı əsasında qəbul olunur və qərarın icra məsuliyyəti də onların öz üzərlərinə düşür. Tərəflər arasında danışıqlar zamanı əldə edilmiş məlumatlar konfedensial saxlanılır.