Gömrük sənədləşməsi xidmətləri çərçivəsində, müştərilərə idxal və ixrac üçün lazım olan bütün gömrük sənədlərinin hazırlanması və təqdim edilməsi, gömrük bəyannamələrinin doldurulması, sənədlərin düzgünlüyünün və tamlığının yoxlanılması, gömrük rüsumlarının və ödənişlərinin hesablanması və gömrük orqanları ilə əlaqələrin idarə edilməsi kimi xidmətlər təqdim edirik. Mütəxəssislərimiz, gömrük prosedurlarının hər mərhələsində dəstək verərək, sənədləşmə prosesinin düzgün və vaxtında aparılmasını təmin edirlər.
Bundan əlavə şirkətimiz tərəfindən sizi gömrük orqanlarında təmsil etmək, malların gömrük rüsumlarının hesablanmasını və ödənilməsini təşkil etmək, habelə, proseslərin qüsursuz həyata keçirilməsində lazım olan konsultasiyanı vermək bizim xidmətlərə daxildir.