BERC&Partners olaraq, Kadr Uçotu və İnsan Resurslarının İdarəedilməsi üzrə peşəkar xidmətlər təqdim edirik. Müəssisələrin effektiv idarə olunması və işçi heyətinin səmərəli şəkildə idarə edilməsi üçün kadr uçotunun və insan resurslarının idarəedilməsinin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir.
Kadr Uçotu və İnsan Resurslarının İdarəedilməsi üzrə xidmətlərimiz çərçivəsində, müştərilərimizə kadr uçotu sistemlərinin qurulması və optimallaşdırılması, əmək qanunvericiliyinə uyğun kadr uçotu əməliyyatlarının icrası, işçilərin işə qəbulu və işdən azad edilməsi proseslərinin hüquqi müşayiəti, işçi fayllarının idarə edilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişdirilməsi, məzuniyyətlərin, ezamiyyətlərin və digər işçi hüquqlarının idarə edilməsi üzrə xidmətlər təqdim edirik.
Mütəxəssislərimiz, müəssisələrdə kadr uçotu sistemlərinin qanunvericiliyə uyğun şəkildə qurulmasını və davamlı olaraq təkmilləşdirilməsini təmin edir. Eyni zamanda, işçi heyətinin idarəedilməsi ilə bağlı strateji məsləhətlər təqdim edərək, insan resurslarının səmərəli idarə olunmasına və işçilərin motivasiyasının artırılmasına kömək edirik.
Biz, müəssisənizin insan resursları idarəetməsində peşəkar həllər təqdim etmək üçün yanınızdayıq.
Kadr Uçotu və İnsan Resursların İdarəedilməsi üzrə xidmətlərimiz
Axtardığın xidmət bu səhifədə yoxdur ?
Bizimlə əlaqə saxlayaraq axtardığın xidmət barədə soruşa bilərsən.