İş barədə məlumat:
- Alış və satış əməliyyatlarının müvafiq proqram təminatına daxil edilməsi.
- Anbar əməliyyatlarının icra edilməsi
- Ödənişlər üzrə əməliyyatların gündəlik proqram təminatına daxil edilməsi
- Debitor və kreditor hesablarla mütəmadi üzləşmələrin aparılması və onlara nəzarət edilməsi;
- Malların təsdiq edilmış qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması;
- Gündəlik e-qaimələrin anbarla dəqiqləşdirilməsi
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının müvafiq proqram təminatında düzgün əks etdirilməsinin təmin edilməsi;
Vəzifəyə dair tələblər:
- 1C/8.3 və ya LOGO proqramında sərbəst işləməyi bacarmalı
- Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (rus, ingilis) olması üstünlükdür.
- Əmək haqqı – 600 – 700 manat
- İş yeri – Abşeron Ticarət Mərkəzində yerləşir.
Bacarıq və səriştələr
- Ünsiyyətcil olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 24.07.2023-cü il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “1C və ya LOGO operator” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Ünvan: AZ1067 Bakı şəh, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57, (Meyvəli bazarının yanı)
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85