Karyeranız bizimlə böyüyəcək!
İnsan Kapitalı Mərkəzinin Peşə və Kadr Hazırlığı Xidməti, işçilərin peşəkar bacarıqlarını və ixtisaslarını inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Bu xidmət, müəssisələrin rəqabət qabiliyyətini artırmaq və işçilərin peşəkar inkişafına töhfə vermək məqsədi ilə geniş spektrli təlim və inkişaf proqramlarını əhatə edir.
https://berc.az/wp-content/uploads/2024/09/Kadr-hazirligi-təlimlərimizdən-goruntulər.mp4
Biz hər bir işçinin spesifik ehtiyaclarına uyğunlaşdırılmış təlimlər təklif edirik.
Bu təlimlər, həm yeni işçilərin müəssisəyə inteqrasiyasını asanlaşdırmaq, həm də mövcud işçilərin bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur.
Təlimlər
Əmək qanunvericiliyi və kadr uçotu
Vergi qanunvericiliyi və vergi uçotu
Vəkillik və hakimlik imtahanına hazırlıq
Mühasibat uçotu
1 C proqram təminatı
Qrafik dizayner
Hr-lar üçün Excel
Mühasib və maliyyəçilər üçün Excel
MS Office proqramları
Gömrük bəyannaməsinin doldurulması təlimi
Yükdaşımalara dair beynəlxalq konvensiyalar və qanunlar
Dövlət Məşğulluq Agentliyi ilə birgə layihə çərçivəsində əmək bazarına dövrün tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması və proqramı uğurla bitirmiş iştirakçıların məşğulluğuna dəstək göstərilməsi məqsədilə müəyyən üzrə kadr hazırlığı xidmətləri göstəririk.
Peşə və kadr hazırlığı
Mühasib peşə hazırlığı
Xüsusi proqram əsasında mühasib peşəsi üçün zəruri hesab edilən mühasibat və vergi uçotu üzrə nəzəri – praktik dərslər və praktiki iş təcrübə hissəsindən ibarət olan proqram həftəiçi hər gün olmaqla ümumilikdə 3 ay müddətinə davam edir.
İnsan resursları mütəxəssisi peşə hazırlığı
İnsan resursları mütəxəssi peşəsinə yiyələnmək üçün əmək qanunvericiliyini və kadr uçotunu incəliklərinə qədər bilmək mühüm şərtdir. Bu peşə hazırlığında hazırlanmış xüsusi proqram məhz buna xidmət göstərir.
Rəqəmsal marketinq mütəxəssisi peşə hazırlığı
Sürətlə rəqəmsallaşan dünyada rəqəmsal marketinq mütəxəssisi ən tələb olunan peşələrdəndir. Peşə hazırlığı müddətində iştirakçılara rəqəmsal marketinq alətlərilə işləmək, sosial media marketinqi, internet reklamları, brendinq, SEO, SEM və bir çox digər mövzular öyrədilir.
Qrafik dizayner peşə hazırlığı
Qrafik dizayner peşə hazırlığı hazırkı dövrün əsas tələblərindən biri olmaqla innovativ peşələrdən biri hesab olunur. Bu peşə hazırlığında iştirak etməklə yeni və müasir peşəyə yiyələnə və prestijli şirkətlərə cığır aça bilərsiniz.
Təlimə qoşulmaqla Adobe Photoshop, Adobe Illustrator və Adobe InDesigne proqramlarını praktiki keyslər üzərində işləyərək öyrənmək, mövcud biliklərinizi daha da dərinləşdirmək imkanı qazanacaqsınız.
Kadrların yetişdirilməsi
Müştərinin sifarişi əsasında kadrların müvafiq tələblərə uyğun olaraq nəzəri və praktiki şəkildə təlimləndirilməsi, real iş mühitində praktiki təcrübə əldə etməkləixtisaslı kadr kimi hazırlanması və müəssisəyə yerləşdirilməsi
- Müxtəlif istiqamətlər üzrə əməkdaşlarınızın inkişafına nail olmaq
- Çalışmaq istədiyiniz, lakin sahə üzrə bilik və təcrübəsi olmayan şəxsləri işçi kimi yetişdirmək
- Çalışan əməkdaşlarınızın təlim ehtiyacının qarşılanması
- Peşəkar komanda formalaşdırmaq
- Faydalı iş əmsalının artırılması
- Səhvlərin aradan qaldırılması