Vergi uçotu
- Onlayn kargüzarlıq sisteminə və şəxsi hesab vərəqəsinə gündəlik nəzarət edilməsi
- Mükəlləfiyyət üzrə aylıq, rüblük, yarımillik və illik statistika hesabatlarının təqdim edilməsi
- E-qaimə faktura və ya alış aktı tərtibi, həmçinin tələb əsasında müvafiq alış və ya satış əməliyyatları üzrə alt sənədlərin tərtibatı
- Obyektin qeydiyyata qoyulması və ya qeydiyyatdan çıxarılması
- Alğı-satqı və ya borc müqavilələrinin tərtibi
- Borc müqavilələri üzrə uçotun aparılması
- İşçilərə əmək haqqı kartlarının sifarişi
- Anbar uçotu üzrə əməliyyatların aparılması
- Kalkulyasiyaya əsasən istehsal edilmiş malların maya dəyərinin təyin edilməsi
- Müştərilərdən daxil olan sorğuların cavablandırılması və ya müvafiq konsultasiyaların verilməsi
- Vergi orqanı ilə yazışmaların aparılması və ya uyğunsuzluğun yarandığı bəyannamə üzrə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi
- İşçilərlə bağlı tərtib edilmiş müvafiq cədvələ əsasən rüblük Vahid muzdlu bəyannamənin təqdim edilməsi
- Debitor, kreditor və avansla bağlı uçotun aparılması
- Xammalların istehsaldaxili yerdəyişməsi ilə əlaqədar sənədləşmələrin aparılması
- Kassa uçotunun aparılması
- NKA-nın və Posterminalın qeydiyyatı üzrə əməliyyatlar
- Müştərilərin kredit müraciətlərinə əsasən müvafiq bank tərəfindən tələb edilən sənədlərin hazırlanması
- Hüquqi şəxsin məlumat dəyişikliyi üzrə əməliyyatlar
- Rüblük Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilməsi
- Gəlir və xərc üzrə uçotun gəlir və ya xərc maddələri üzrə aparılması
- Rüblük əldə edilmiş gəlir və çəkilmiş xərclərlə bağlı cari arayışın seçilmiş metod əsasında təqdim edilməsi
- İllik mənfəət (gəlir) bəyannaməsinin müvafiq metod əsasında təqdim edilməsi
- ƏDV bəyannaməsinin təqdim edilməsi (topdan və pərakəndə ticarət üzrə dövriyyələr)
- Daxil olmuş qaimələr əsasında ödənilmiş məbləğlər üzrə əvəzləşdirmənin aparılması
- ƏDV bəyannaməsi üzrə cari və ya əvvəlki debitorların hərəkəti ilə əlaqədar hesabatın tərtibatı
- Daxil olmuş yük gömrük bəyannamələrinin ƏDV bəyannaməsi üzrə əvəzləşdirməsinin aparılması
Kadr uçotu
- İşçilərin qeydiyyatı üzrə ərizə, əmr, əmək müqavilələrinin tərtibi, elektron qeydiyyata alınması (ştat vahidi, vakansiya və əmək bildirişinin əldə olunmasınadək olan əməliyyatlar) və müvafiq Hesablama ödəmə cədvəlinə işlənilməsi
- İşçilərlə bağlanmış əmək müqavilələrinə xitam üzrə sənədləşmələrin tərtibatı, son-haqq hesabın hesablanması və Hesablama ödəmə cədvəlinə işlənilməsi
- İşçilərə müvafiq iş illəri ilə əlaqədar məzuniyyətin hesablanması və məzuniyyət üzrə sənədləşmələrin (ərizə, əmr) aparılması ilə nəticələnən əməliyyatın Hesablama ödəmə cədvəlinə işlənilməsi
- İstehsalatda bədbəxt hadisələrdən sığorta üzrə müraciətlərin tərtibi və ya avtomatik əlavələrin imzalanması
- Müavinətlərlə bağlı müraciətlərin edilməsi
Gömrük əməliyyatları
- Daxil olan Yük gömrük bəyannamələri üzrə malların maya dəyərinin hesablanması
- İdxal sənədləri əsasında avans kodunun alınması
- Daxil olan Yük gömrük bəyannamələrinin müvafiq xarici köçürmələr üzrə banka təhvil verilməsi
Bank əməliyyatları
- Bank hesablarının açılması, bank əməliyyatlarının aparılması
- Xarici ödənişlər üzrə konvertasiya, ödəniş tapşırığının internet bankçlıq üzərində tərtibatı və swiftin alınması
- Ölkədaxili ödənişlərin edilməsi ( Büdcə, kontragentlər üzrə )