“BERC&Partners” şirkətinin idarəetmə operatoru olduğu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu Lənkəran KOB İnkişaf Mərkəzi regionlarda fəaliyyəti uğurla həyata keçirir. 27 oktyabr tarixində Lənkəran şəhərində mərkəzin işçi heyəti və ekspert qrupu sahibkarlarla görüşlər və təlim keçirmişdir.
“BERC&Partners” şirkətinin həmtəsisçisi, maliyyə və biznes idarəetməsi üzrə ekspert Kənan Ağayev “Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları” mövzusunda təlim vermişdir. Sahibkarlarla görüşlər zamanı ekspertlər tərəfindən sahibkarların çətinlik və problemləri dinlənilmiş, onlara müxtəlif sahələrdə məsləhət və dəstək verilmişdir.
Eyni zamanda onların bizneslərinin daha yaxşı idarə edilməsi istiqamətində müxtəlif dəstək xidmətlərinin göstərilməsi üçün sifarişlər qəbul olunaraq icraya yönləndirilmişdir.